Icma.az
close
up
RU
Bakıda memarlıq və şəhərsalma sahəsində regionun ən nüfuzlu festivallarından biri keçiriləcək

Bakıda memarlıq və şəhərsalma sahəsində regionun ən nüfuzlu festivallarından biri keçiriləcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Memarlıq, şəhərsalma və innovativ dizayn istiqamətində regionun ən nüfuzlu tədbirlərindən biri olan “Baku Archifest 2025” bu il ölkəmizdə ikinci dəfə baş tutacaq.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, festival memarlıq şirkətləri “Design Bureau” və “Aslı Partners” tərəfindən ADA Universiteti Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə təşkil olunur. Tədbir 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində Azərbaycanın Şəhərsalma Maarifləndirmə Kampaniyasının ilk strateji mərhələlərindən biri kimi qiymətləndirilir.

Bu il festival “Navigating Urbanity” (“Şəhərliliyin Axtarışında”) mövzusuna həsr olunacaq. Azərbaycan, İtaliya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən gələn tanınmış memarlar, şəhərsalma mütəxəssisləri, professorlar və gənc dizaynerlər burada bir araya gələcək. Festival yalnız memarlıq sahəsində peşəkar fikir mübadiləsi platforması deyil, həm də müxtəlif memarlıq məktəblərini, yanaşmaları və mədəni perspektivləri birləşdirən çoxşaxəli müzakirə mühiti formalaşdırmağı hədəfləyir.

Noyabrın 5-7-də keçiriləcək və 3000-dən çox iştirakçının qatılması gözlənilən festivalın proqramına panel müzakirələri, tematik mühazirələr, ustad dərsləri, praktiki mühazirələr, tələbə və gənc memarların təqdimat sessiyaları daxildir.

Builki “Archifest” ADA Universitetinin nəzdində yaradılan yeni İtaliya–Azərbaycan Universitetinin Dizayn və memarlıq fakültəsinin tədris korpusunda təşkil olunacaq. Kampus memarlıq təhsilində, şəhərsalma düşüncəsində və beynəlxalq akademik əməkdaşlıqda yeni mərhələni simvolizə edir.

Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş ekspertlər memarlığın gələcəyi, insanyönümlü şəhər mühiti, davamlılıq, mədəni irs və yeni urbanistlik trendləri ilə bağlı çıxış edəcəklər.

“Baku Archifest 2025”in baş tərəfdaşları “PMD Group” və “PASHA Real Estate” şirkətləridir. Festivalın akademik tərəfdaşı ADA Universitetinin Dizayn və memarlıq fakültəsi, media tərəfdaşları isə ASAN Radio və ASAN TV-dir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see189

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see156

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri