Icma.az
close
up
RU
Fransların 52 faizi 2026 ci il büdcəsinin qəbul olunmayacağını düşünür

Fransların 52 faizi 2026 ci il büdcəsinin qəbul olunmayacağını düşünür

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 24 oktyabr, AZƏRTAC

“Odoxa” və “Backbone” şirkətinin keçirdiyi sorğuya əsasən, fransızların 52 faizi 2026-cı il dövlət büdcəsinin Milli Assambleyada qəbul edilməyəcəyini düşünür, bu halda Baş nazir Sebastyən Lökornü hökumətinə qarşı etimadsızlıq təklifi irəli sürülməsini istəyir.

AZƏRTAC xəbər verir ki, “Odoxa”nın prezidenti Qael Slimanın sözlərinə görə, bu nəticələr Fransada dərin siyasi inamsızlığın göstəricisidir.

“Vətəndaşlar artıq nə institutlara, nə partiyaların birliyinə, nə də hökumətin dövlət maliyyəsini idarə etmək bacarığına inanırlar”, - deyə Q. Sliman bildirib.

Sorğu partiya mənsubiyyətinə görə aydın fərqlər ortaya çıxarıb. Prezident çoxluğunu dəstəkləyən Renessans tərəfdarlarının 83 faizi, Respublikaçıların 73 faizi, sosialistlərin 65 faizi və yaşılların 58 faizi etimadsızlıq ideyasına qarşı çıxır. Əksinə, Milli Birlik (RN) və “Əyilməz Fransa” (LFI) tərəfdarlarının 77 faizi hökumətə qarşı səsverməni dəstəkləyirlər.

Siyasi partiyalardan uzaq olan vətəndaşlar bu gün əhalinin 54 faizini təşkil edir. Onlar daha çox RN seçiciləri ilə eyni fikirdədirlər və büdcənin qəbul olunacağına şübhə ilə yanaşırlar.

Fransada siyasi inamsızlıq iqtisadi gərginliklə müşayiət olunur. Beynəlxalq reytinq agentliyi “Moody’s” bu gün Fransa üzrə suveren reytinq qərarını açıqlayacaq. Fransızların 75 faizi bu qərarın dövlətin maliyyə vəziyyətinə, 70 faizi isə ailə büdcələrinə mənfi təsir göstərəcəyindən ehtiyat edirlər.

Büdcənin məzmununa gəlincə, sorğu göstərir ki, respondentlərin 74 faizi yüksək gəlirlilərin daha çox vergiyə cəlb olunmasını, 65 faizi “Zukman vergisi” adlanan sərvət vergisini, 56 faizi isə pensiya islahatının dayandırılmasını dəstəkləyir.

Bununla yanaşı, respondentlərin 79 faizi fransız miras vergisinin artırılmasını qəti şəkildə rədd edir. Beləliklə, ictimai rəy “başqalarına tətbiq olunan məhdudiyyətləri” qəbul etsə də, öz üzərinə düşən yükü istəmir.

“Backbone”un araşdırmasına əsasən, sosial şəbəkələrdə vergi ədaləti mövzusu ətrafında böyük müzakirələr gedir. Parlament debatlarında gərgin mübahisələr, ictimai marağın tam diqqətində olduğunu göstərir.

Fransada siyasi və iqtisadi gərginlik artmaqda davam edir və Sebastyən Lökornü hökuməti qarşıdan gələn həftələrdə həm parlament, həm də ictimai rəy qarşısında çətin sınaqla üz-üzə qalacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri