Icma.az
close
up
RU
BAKIDA MƏNZİL ALMAQ ÜÇÜN ƏN AZI NEÇƏ İL ÇALIŞMAQ LAZIMDIR? Evlərin qiymət artımı ilə əhalinin gəlirləri arasında uçurum dərinləşir

BAKIDA MƏNZİL ALMAQ ÜÇÜN ƏN AZI NEÇƏ İL ÇALIŞMAQ LAZIMDIR? Evlərin qiymət artımı ilə əhalinin gəlirləri arasında uçurum dərinləşir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın daşınmaz əmlak bazarında son illərdə müşahidə olunan qiymət artımı əhalinin mənzilə çıxış imkanlarını xeyli məhdudlaşdırıb. Belə ki, Mərkəzi Bankın bu günlərdə yayımlanan 2025-ci ilin birinci yarısına dair Maliyyə Sabitliyi Hesabatı bu meyli təsdiqləyir və mənzil bazarında əlçatanlığın kəskin şəkildə azaldığını göstərir.

Hesabata görə, 2024-cü ilin sonunda Bakı şəhərində orta qiymətə mənzil almaq üçün vətəndaşın orta aylıq əmək haqqını yığaraq 189 ay – yəni təxminən 15,7 il pul toplaması kifayət edirdi. Lakin 2025-ci ilin birinci yarısında bu göstərici 217 aya – başqa sözlə, 18,1 ilə yüksəlib. Bu o deməkdir ki, Bakı sakinləri əvvəlki dövrlə müqayisədə eyni mənzili almaq üçün təxminən 2,5 il daha çox çalışmalı və qənaət etməlidirlər. Sadə dildə desək, keçən il 15 ilə alınan mənzili indi 18 ilə belə almaq çətindir.

Mərkəzi Bank bildirir ki, 2020-ci ildə pandemiya dövründə bazarda nisbi sabitlik müşahidə olunsa da, sonrakı illərdə qiymət artımı sürətlənib. Ümumilikdə, son beş ildə – 2020-ci ilin iyun ayı ilə müqayisədə – mənzil qiymətləri 46% bahalaşıb. Bu artım bir tərəfdən tikinti materiallarının və xərclərin bahalaşması, digər tərəfdən torpaq qiymətləri və tələbin yüksək olması ilə əlaqələndirilir. Xüsusilə paytaxt Bakıda yeni tikililərə olan maraq qiymətləri daha da yuxarı səviyyəyə daşıyıb.

Mərkəzi Bankın məlumatına əsasən, Bakı şəhərində təklif edilən median aylıq kirayə haqqı 883 manat təşkil edir. Bu göstəriciyə əsasən, daşınmaz əmlakın kapitalizasiya müddəti 22,5 il səviyyəsində qiymətləndirilir. Başqa sözlə, mənzilini kirayə verməklə sahibinin ilkin xərclərini geri qazanması üçün 22 ildən çox vaxt tələb olunur. Kirayə qiymətlərinin artımı bir tərəfdən mənzil bazarındakı bahalaşmanın təsiri ilə, digər tərəfdən isə alıcılıq qabiliyyəti azalan və ev almaq imkanı məhdudlaşan əhalinin kirayəyə yönəlməsi ilə bağlıdır.

Ümumi mənzərə göstərir ki, daşınmaz əmlak bazarında qiymət artımı ilə gəlirlərin artım tempi arasında uçurum yaranıb. Əmək haqları artmaqda davam etsə də, bu dinamika mənzil bazarındakı bahalaşmanı kompensasiya edə bilmir. Belə şəraitdə vətəndaşların uzunmüddətli qənaət qabiliyyəti zəifləyir, mənzil almaq arzusu isə daha da uzaqlaşır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, 18 illik göstərici dünyanın inkişaf etmiş ölkələrindəki vəziyyətlə uyğun gəlir: Bu statistika London və Paris kimi şəhərlərə aiddir. Orada insanların gəliri yüksək olsa da, əmlakın qiyməti son dərəcə bahadır. Yəni söhbət Moskva, London, Paris standartlarına yaxın bir vəziyyətdən gedir. Buna görə də bu rəqəmi tam mənfi göstərici kimi dəyərləndirmək doğru olmaz. Sadəcə, Bakıda mənzil qiymətləri bahalaşıb”.

Ekspertin sözlərinə görə, burada əsas məsələ insanların gəlirlərinin artması və əmlakın qiymətinin müəyyən qədər aşağı düşməsidir ki, nəticədə bazarda müsbət dəyişiklik yaransın.

“Əmlak qiymətlərinin azalması, adətən, iqtisadi böhran və ya tələbatın zəifləməsi fonunda baş verir. Hazırda isə Bakıda həm qiymətlər yüksəkdir, həm də tələbat var. Bu halda prosesi tam mənfi qiymətləndirmək düzgün olmaz”, – deyə o qeyd edib.

Xalid Kərimli hesab edir ki, əsas məqsəd insanların sərəncamında qalan gəlirlərin mənzil qiymətlərindəki artım tempini üstələməsi olmalıdır: “Əgər gəlirlər qiymət artımını ötərsə, vəziyyət sabitləşə bilər. Bunun üçün isə qeyri-neft sektorunun inkişafı vacibdir. Lakin heç kim qarantiya verə bilməz ki, əmlak bazarında tələbat artdıqca qiymətlər sabit qalacaq. Bu gün ölkə əhalisinin böyük hissəsi Bakıda yaşamaq istəyir. Turistləri kənara qoysaq, əgər xarici investorlar da prosesə cəlb olunsa və onlar Bakıda mənzil alsalar, bu, qiymətlərin daha da bahalaşmasına səbəb ola bilər. Yəni, qiymətlərin baha olması hələ hər şeyin baha olması demək deyil. Qiymətlərin yüksək olması Bakıda yaşamağa marağın artması ilə bağlıdır. Bahalı mənzillərin satılması onu göstərir ki, alan insanların bu imkanı var”.

Ekspertin fikrincə, Azərbaycanın göstəriciləri dünya paytaxtları ilə müqayisədə normal sayılmalıdır: “Məsələn, Sinqapur və Honkonq kimi şəhərlərdə mənzilə əlçatanlıq səviyyəsi 40–45 il civarındadır. Amma bu şəhərlər eyni zamanda dünyanın ən varlı iqtisadi mərkəzləridir. Demək istədiyim odur ki, 18 illik göstəricini dərhal mənfi hal kimi qiymətləndirmək düzgün deyil. Amma onu da qeyd etməliyik ki, Azərbaycan əhalisinin gəlirləri qonşu ölkələrlə müqayisədə nisbətən aşağıdır.”

Əslində, mənzil əlçatanlığının pisləşməsi təkcə Azərbaycana xas deyil. Dünyanın bir çox ölkəsində, xüsusilə də böyük şəhərlərdə son illər ərzində ev qiymətləri gəlirləri qabaqlayır. Məsələn, ABŞ-də 2025-ci ildə orta ev qiymətinin orta illik gəlirə nisbəti 5,6 misli təşkil edir. 1980-ci illərdə bu göstərici 3,5 misli idi. Bu, deməkdir ki, amerikalılar da mənzil almaq üçün əvvəlkindən təxminən 60% daha çox işləməlidirlər.

Lakin ABŞ-də uzunmüddətli ipoteka kreditləri və nisbətən sabit faiz dərəcələri bu yükü xeyli yüngülləşdirir. Yəni amerikalı çox vaxt pul yığıb almaq yerinə, 25–30 illik kreditlə mənzil sahibi olur. Avropada da qiymətlər son illər yüksəlib. Avropa İttifaqı üzrə son 10 ildə ev qiymətləri orta hesabla 48% artıb. Lakin burada dövlət tərəfindən aşağı faizli ipoteka mexanizmləri daha geniş yayılıb.

Region ölkələrindən Türkiyədə də vəziyyət oxşardır. 2021–2024-cü illərdə mənzil qiymətləri təxminən 3 dəfə artıb, lakin orta əmək haqqı buna uyğun şəkildə yüksəlməyib. İstanbulda orta gəlirli bir ailə üçün ev almaq müddəti artıq 17 ilə yaxın hesablanır. Gürcüstanda isə vəziyyət nisbətən sabitdir – paytaxt Tbilisidə orta gəliri olan vətəndaş mənzilə sahib olmaq üçün 12–13 illik əmək haqqı yığmalıdır.

Digər ölkələr üzrə vəziyyət belədir:

ABŞ – 5,6 il

Fransa – 8 il

Kanada – 8 il

Almaniya – 8,5 il

Böyük Britaniya – 9 il

Danimarka – 9 il

Çexiya – 12 il

Gürcüstan – 12–13 il

Avstraliya – 13–14 il

Polşa – 14 il

Rusiya – 15 il

Hollandiya – 15 il

Türkiyə – 17 il

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri