Icma.az
close
up
RU
Bakıda məşhur professora qəribə başdaşı qoyuldu FOTO

Bakıda məşhur professora qəribə başdaşı qoyuldu FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Tanınmış filosof, ədəbiyyatşünas, professor Niyazi Mehdinin vəfatından bir il ötür. Bununla əlaqədar olaraq dostları mərhumun məzarını ziyarət edib və ziyarətdən fotolar paylaşıblar. Oradan məlum olur ki, alimin qəbirüstü götürülüb, amma bir qədər fərqli formada. 

Sağlığında dünyaya, hadisələrə və bütövlükdə həyat məsələlərinə yanaşması ilə başqalarına bənzəməyən N.Mehdinin məzar daşı digərlərindən fərqlənir. Mərhum filosofun baş daşına filosofun özünün fotosu vurulmayıb. Eyni zamanda fotonun nəyi əks etdirdiyini də sezmək olmur. 

Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a danışan mərhum professorun oğlu Toğrul Mehdi bildirib ki, Niyazi Mehdi ona məzar daşı qoyulmamasını vəsiyyət edibmiş. 

Ailəsi filosofun vəsiətini nəzərə alıb, bunu pozmaq istəməyib. Amma başdaşını da fotosuz qoymayıblar.   

Toğrul Mehdi başdaşında təsvir olunan rəsmi vaxtilə atasının çəkdiyini söyləyib və foto əvəzindən ondan istifadə etdiklərini deyib:

“Atamın evdə bir rəsmi var idi. Həmin rəsmin də fəlsəfi açıqlaması ondan ibarət idi ki, sanki özü-özü ilə danışır, düşünür. Bundan başqa daşın üzərində onun “İbadət düşüncələri” kitabından sitatlar da var. Özü hər zaman deyirdi ki, məzar daşı mənimçün önəmli deyil. Qoyulmasının tərəfdarı deyildi.  Ona görə də düşündük ki, şəkilsiz olsun, amma nəsə fərqli bir şey edək. Ona görə də həmin o rəsmi qoymaq qərarına gəldik”.  

Qeyd edək ki, Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim və baş müəllim işləyib. Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olub. Xeyli sayda kitabların müəllifidir. O, 28 fevral 2025-ci ildə Bakı şəhərində vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri