Icma.az
close
up
RU
Bakıda metro xətlərini genişləndirmədən mobillik planlarını inkişaf etdirilmək mümkünsüzdür

Bakıda metro xətlərini genişləndirmədən mobillik planlarını inkişaf etdirilmək mümkünsüzdür

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtda şəhər mərkəzinə doğru nəqliyyat vasitələrinin ifrat yüklənməsi nəticəsində sıxlıq və tıxacların yaranması təkcə nəqliyyat məsələlərinin həllini deyil, həm də ətraf mühitə və ekoloji standartlara davamlı artan neqativ təsirlərin aradan qaldırılmasını gündəliyə gətirir.

Oxu.Az xəbər verir ki, çoxsaylı parametrlər üzrə aparılmış tədqiqatlarda Bakıda metro xətlərini genişləndirmədən mobillik planlarının inkişaf etdirilməsinin mümkünsüzlüyü qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il yanvar ayının 30-da imzaladığı Sərəncamla təsdiq edilən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, görüləcək işlər məhz bu problemlərin həllinə başlanılmasını nəzərdə tutur.

10 yeni stansiyanın inşası ilə yanaşı, metropolitenin mövcud "qırmızı" və "yaşıl" xətlərinin ayrılması layihəsi şəhərin düyünlənmiş problemlərinin həllində xüsusi yer tutur.

Xətlərin ayrılması layihəsinin icrasında birinci dərəcəli vəzifə "yaşıl" xəttə xidmət göstərəcək "Dərnəgül" elektrik deposunun inşasıdır.

Deponun baş planı hazırlanaraq, burada inşa olunacaq obyektlər və qurulacaq sahələrin layihələri ekspertiza təsdiqinə təqdim edilib. Qanunvericiliyin tələbinə uyğun olaraq, depo layihəsinə daxil ərazidə ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) aparılıb və bu isitqamətdə bütün işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmaqla həyata keçiriləcək.

Tikinti, eləcə də bərpa işlərindən əvvəl ərazidə çalışan metropoliten əməkdaşlarına, podratçı və subpodratçılara, onların işçilərinə ətraf mühit üzrə təlimlər təşkil olunacaq.

Tikinti zamanı yaranmış bərk tullantılar qaydalara uyğun utilizasiya ediləcək. Geoloji mühitə və hidrogeoloji şəraitə təsirlər, torpaq eroziyası, çirklənmə və tikinti sahəsində sağlamlıq riski, toz əmələ gəlməsi, hava və səs çirklənməsi, suötürücü şəbəkə və üfüqi drenajın təşkili, suya qənaət xüsusi olaraq diqqətdə saxlanılacaq. İnşaat meydançasında nəqliyyat vasitələri və xüsusi texnikanın hərəkət sürəti normalar daxilində tənzimlənəcək.

Ərazidə qrunt sularının mühəndis-geoloji təsirləri də öyrənilib. "Dərnəgül" eletrik deposu üçün ayrılmış sahədə yeraltı sular yer səthindən orta hesabla 7.5 metr dərinlikdə yerləşir. Bu səbəbdən yeraltı suların hidrodinamik rejiminin pozulması gözlənilmir. Tikinti-quraşdırma zamanı və gələcəkdə deponun fəaliyyəti dövründə hidroloji şəraitə təsirlər istisna edilir. Həmçinin yeraltı qrunt sularının çirklənmə risklərini tamamilə azaltmaq məqsədilə yanacaq və kimyəvi maddələrin, təmizlənməmiş kanalizasiya və çirkab sularının, tullantı materialların ən müasir və ekoloji təmiz idarəetmə sistemi yaradılacaq.

İşlərin reqlamenti elə qurulub ki, təbiət hadisələri ilə bağlı mümkün maneələr vaxtında aradan qaldırılacaq. Ərazidə relyefin üst qatının müvəqqəti və daimi bərkitmə prosesləri qısa müddətdə icra olunacaq. Fəal yağıntılar dövrünə qədər torpaq qatında əsas təmizləmə və hamarlamaya ehtiyac olan işlər yekunlaşdırılacaq, külək eroziyasına qarşı nəzarət tədbirlərindən istifadə olunacaq, habelə küləkli hava şəraitində tozun ətraf ərazilərə yayılmasının qarşısı alınacaq.

Yaşıllıq üzrə mütəxəssislər və ETSN əməkdaşları ilə aparılan tədqiqatlarla sahədəki ağacların mövcud durumu, layihənin yaşıllaşdırma dizaynına uyğun ağacların köçürülmə imkanları öyrənilib. Köçürmə prosedurları aidiyyəti üzrə razılaşdırmaqla mərhələli şəkildə həyata keçiriləcək.

Həmçinin ərazidə yaşıllaşdırmaya xüsusi diqqət yetiriləcək. Bu, depoda çalışacaq işçi heyətinin sağlamlığı, asudə vaxtının səmərəli təşkili, iş yeri və əməyin təhlükəsizliyi baxımından da əhəmiyyət kəsb edir.

Görüləcək tədbirlər depo ilə yanaşı, yaşayış, biznes və istehsalat müəssisələrinin yerləşdiyi bu ərazidə mikromühitin sağlamlaşdırılması, biomüxtəlifiyin zənginləşdirilməsi və təmiz ekoloji mühitin formalaşmasına töhfə verəcək.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri