Icma.az
close
up
RU
Bakıda ölü paltarlar satılan mağazalardan REPORTAJ

Bakıda ölü paltarlar satılan mağazalardan REPORTAJ

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı və Sumqayıt şəhərlərinin bir sıra yerlərində "MEMİ" brendi altında ikinci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir.

Bu cür dükanların öz müştəriləri var. Lakin təklif olunan geyilmiş paltarların nə dərəcədə təmiz və gigiyenik olması insanları düşündürən əsas məqamlardan biridir. Xarici ölkələrdən, əsasən də Avropadan gətirildiyi deyilən bu paltarların dezinfeksiya olunduqları bildirilsə də alıcılar arasında hələ də ehtiyat edənlər var.

Onlar paltarlara əllə toxunur, geyinib yoxlayırlar. Ekspertlərin fikrincə, bu zaman insanlar hətta Azərbaycan üçün tanış olmayan infeksiyalara yoluxa bilərlər. 

Musavat.com-un müxbiri həm Sumqayıtda, həm də 20 Yanvarda  yerləşən "MEMİ" mağazalarına baş çəkib və real vəziyyətlə tanış olub. Səhər saatlarından başlayaraq mağazalara alıcılar axışıb və paltarları əyinlərində yoxlayaraq, onlara müştəri olublar. Satıcılar isə and aman edib ki, satışa çıxarılanlar dərmanlanıb, dezinfeksiya olunur. 

Mütəxəssislər qeyd edir ki, bu cür mağazalarda 5 yaşından kiçik uşaq üçün paltarlar satılmamalıdır.  Lakin Azərbaycanda verilən sertifikatda bu, öz əksini tapmır, kiçik yaşlı uşaq üçün paltarlar satışa çıxarılır. Elə biz özümüz də mağazalara baş çəkərkən bunun şahidi olduq.

Bəs paytaxt sakinləri bu haqda nə düşünür. Onlar ikinci əl paltarları almağa üstünlük verirlərmi?

Küçədə apardığımız sorğu göstərir ki, insanların mövzu ilə bağlı fikirləri birmənalı deyil.  Kimisi bu məsələyə müsbət yanaşır, kimisi isə ikinci əl paltarları almaqda tərəddüd edir və qətiyyən məsləhət görmür.

Tanınmış həkim Adil Qeybulla bildirir ki, istifadə olunmuş bu cür paltarlar üçüncü ölkələr tərəfindən alınır və yenidən satılır. Onların arasında brend mağazaların paltarlarını da görmək olar: 

"Belə geyimlərin etibarlı mənbədən alınması mühüm şərtdir. Çünki onlar hər cür təmizləmədən keçir, onlara yenidən baxış keçirilir və normal vəziyyətə gətirilir. Bu halda onlardan istifadə etmək olar ki, təhlükəsizdir. Hazırda ciddi pandemiya dönəmi bitib, ağır xəstəliklər dövrü deyil. Onların istifadəsində problem görmürəm. Sadəcə olaraq geyimlərin keyfiyyət parametrləri daha önəmlidir. Geyimlər ilkin mənbədən, tanınmış firmaların paltarları olsun. Belə olduğu halda onlar daha təhlükəsizdir. Onların kimyəvi işlənməsi onsuz da həyata keçirilir.  Buna görə də ciddi problem görmürəm".

Dermatoloq Tabir Xəlilov deyir ki, geyinilmiş paltar infeksiya mənbəyidir.

"Azərbaycana bu paltarlar gələndən sonra insanlarda qoturluq xəstəliyi yarandı. İkinci əl paltarların hamısı infeksiya mənbəyidir. Haradan bilək ki, bu paltarları vərəmli xəstə geyinməyib. Dezinfeksiya olunmayan yerdə gənə də qala bilər. İnsanlar aldıqları paltarları qaynatsınlar.  Gənələr günəş şüasında məhv olur. Həmin paltarları alandan sonra günəşin altında saxlasınlar. Nəmişlik yerdə olanda isə gənələrin məhv olması aylarla davam edir".
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Dekabr 2024 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see203

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see171

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri