Zelenski: Rusiya yeni danışıqlar ərəfəsində Kiyevə təzyiq göstərməyə çalışır
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya hücumlarını intensivləşdirməklə həm Kiyevə, həm də onun tərəfdaşlarına yeni danışıqlar ərəfəsində təzyiq göstərməyə çalışdığını bildirib.
Bizim.Media Ukrayna mediasına istinadla xəbər verir ki, o, gecə saatlarında həyata keçirilən hücumları şərh edərkən Rusiyanın ölkənin əsas enerji obyektlərindən birinə, ehtimal ki, Şimali Koreya istehsalı olan KN-23 raketləri ilə zərbə endirdiyini qeyd edib.
Zelenski Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün Patriot raketlərinin ciddi çatışmazlığı ilə üzləşdiyini də vurğulayıb. Prezident tərəfdaşlardan bu raketlərin tədarükünü gecikdirməməyi istəyib.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndələrinin ABŞ-ın vasitəçiliyi ilə noyabrın 10–11-də Əbu-Dabidə növbəti danışıqlarının keçirilməsi planlaşdırılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Noyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















