Icma.az
close
up
RU
Bakıda minlərlə sərnişinə təsir edəcək dəyişiklik Xaos yoxsa...

Bakıda minlərlə sərnişinə təsir edəcək dəyişiklik Xaos yoxsa...

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabahdan “28 May”–“Nizami” arasında metro hərəkəti təxminən 1 il müddətinə dayandırılır. Uzun illərdir həllini gözləyən problem – Qırmızı və Yaşıl xətlərin “28 May”da kəsişməsi və bunun metronun çevik fəaliyyətinə yaratdığı maneə aradan qaldırılır. “Nizami”–“Cəfər Cabbarlı” arasında yeni tunellər tikiləcək, xətlər ayrılacaq. Nəticədə qatarların hərəkətini daha çevik təşkil etmək, intervalları azaltmaq və metronun imkanlarını artırmaq mümkün olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində yazıb. O bildirib ki,

“Bu mürəkkəb və riskli işin nəhayət həyata keçirilməsi müsbət addımdır. Metropoliten rəhbərliyinin uzun illər təxirə salınmış layihəni üzərinə götürməsi təqdir edilməlidir. Pepperoni pizza

Amma yerin altında görülən iş yerin üstündə ciddi problemlər yaradacağı da öncədən bəllidir.

On minlərlə sərnişin mənzil başına çatmaq üçün nəqliyyatını dəyişərək yerüstü nəqliyyata yönələcək. Avtobusların, dayanacaqların, küçələrin və piyada səkilərinin bu əlavə yükü necə qarşılayacağı ciddi sualdır.

Sərnişinlərin nəqliyyatı dəyişdirilməsi də ona əlavə xərc və vaxt itkisi yaradacaq. Hökumət nə deyir?

Bir müddət əvvəl Prezident Administrasiyası, RİNN, AYNA və Metropoliten rəhbərliyinin iştirakı ilə keçirilən ictimai dinləmədə hiss olunurdu ki, hökumət də qarşıdakı çətinliklərin fərqindədir. Problemlərin minimuma endirilməsi üçün görüləcək tədbirlər barədə məlumat verildi.

Hələlik əsas həll şəhərin müxtəlif nöqtələrindən 6 ekspress avtobus marşrutunun açılması, əlavə avtobusların ayrılması və onların daha çevik hərəkəti üçün tədbirlərin görülməsidir. Amma suallar qalır.

Ekspress marşrutlar, küçələr, dayanacaqlar və piyada infrastrukturu bu sərnişin yükünü götürə biləcəkmi? Marşrutunu dəyişməyə məcbur olan insanların əlavə xərclərini kim qarşılayacaq?

Müşahidələrim onu deməyə əsas verir ki, yerin altında baş verəcəklərlə bağlı simulyasiyalar kifayət qədər aparılıb. Yerin üstündə baş verəcəklərin – sərnişin axınının, tıxacların və nəqliyyatın yüklənməsinin simulyasiyası barədə isə yetərli məlumat təqdim edilməyib. Digər mühüm məsələ xərclərdir.

Dövlətin həyata keçirdiyi zəruri layihəyə görə yüz minlərlə sərnişinin, xüsusilə tələbələrin gündəlik nəqliyyat xərci artacaq. Tələbənin aylıq nəqliyyat xərcinin iki dəfəyədək artması ailə büdcəsi üçün əlavə yükdür.

Düşünürəm ki, bu yükün heç olmasa bir hissəsinin kompensasiya edilməsi doğru olardı. Yaxud tikinti müddətində metro və avtobus üçün vahid bilet, pulsuz və ya güzəştli transfer tətbiq edilə bilər. Sərnişin özündən asılı olmayan məcburi keçidə görə ikinci dəfə tam ödəniş etməməlidir.

Əsas sınaq isə 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq. Tədris başlayanda sərnişin sayı ciddi artacaq. Buna görə iş və dərs qrafiklərində mümkün çeviklik və gecikmələrlə bağlı yanaşmalar indidən müəyyənləşdirilməlidir.

Metronun çevikliyinin artırılması, uzun illərin probleminin həllinə başlanılması, ictimai dinləmənin keçirilməsi və ekspress marşrutların təşkili təqdirəlayiqdir.

Amma zəruri dövlət layihəsinin yaratdığı əlavə maliyyə və vaxt yükünün tamamilə vətəndaşın, xüsusilə tələbələrin üzərinə qoyulması doğru olmazdı.

AYNA-nın elan etdiyi 14 milyonluq tender, elə müşahidələrim də onu deməyə əsas verir ki istəsələr kompensasiya üçün pul tapa bilərlər. Bu qurumun aylıq gəlirləri yetərincədir. Nəqliyyat sektoruna nəzarət də RİNN-nin sadəcə bir göstərişi bəs edir”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Avqust 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri