Icma.az
close
up
RU
BAKIDA MÖHTƏŞƏM MƏKAN! “Etiler Meat House” növbəti filialını açdı / VİDEO, FOTO

BAKIDA MÖHTƏŞƏM MƏKAN! “Etiler Meat House” növbəti filialını açdı / VİDEO, FOTO

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda “Etiler Meat House” restoranlar şəbəkəsinin yeni filialının açılışı olub. “Crescent Mall”ın 1-ci mərtəbəsində yerləşən “Etiler Meat House” restoranı ləzzətli təamları və geniş seçim imkanları ilə qapılarını müştərilərinin üzünə açıb.

Hurriyyet.az xəbər verir ki, açılış mərasiminə qatılan qonaqlar qırmızı xalıdan keçərək restorana daxil oldular. Tədbirin aparıcısı Nəsib Nur gələn qonaqları salamladı. Daha sonra restoran haqqında məlumat verən aparıcı “Etiler Meat House” restoranının təcrübəli personalının hər bir müştəriyə xüsusi yanaşdığını, restoranın istər müasir üslubda gözoxşayan interyeri, istər xidmət səviyyəsinin keyfiyyəti, istərsə də təqdim olunan yeməklərin ləzzəti ilə seçilən restoranlar sırasında birincilərdən olduğunu bildirdi. Tanınmış aparıcı istirahət etmək, xoş vaxt keçirmək, eləcə də xüsusi ləzzətlər dadmaq üçün belə ideal məkan yaratdıqlarına görə restoran rəhbərliyinə xüsusi təşəkkürlərini çatdırdı.

Daha sonra restoranın özəlliyindən danışan Nəsib Nur, məhz “Crescent Mall”da yerləşən bu filialda Türk və Dünya mətbəxinin təamları ilə yanaşı, müştərilərə Yapon mətbəxindən “suşi” çeşidləri də təklif edildiyini dedi.

Açılış mərasimində qonaqlara restoranın şefi Vasif Alməmmədovun hazırladığı ləzzətli təamlar təqdim olundu. Daha sonra tanınmış estrada ulduzlarımız Aygün Kazımova, Röya, Zülfiyyə Xanbabayeva, Sevda və Emma Ələkbərzadələr, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov öz mahnıları ilə qonaqlara xoş anlar bəxş etdilər. Səhnə ulduzları öz repertuarlarında tanınmış şair/bəstəkar Cəlal Qurbanovun sevilən mahnılarını da daxil etmişdilər.

Açılış mərasimində Azərbaycanın tanınmış simalarından Kamilə Babayeva, Lalə Azərtaş, Xədicə Sənanqızı, Hacı Nuran, Zaur Baxşəliyev, Elvin Mərdanov, İlqar Muradov, məşhur stilistlər Anar Ağakişiyev, Elnur Həsənov, Nigar İbrahimova, sayt rəhbərləri Vüsalə Mahirqızı, Aynur Camalqızı və digərləri iştirak edirdi.

Qeyd edək ki, “Crescent Mall”da yerləşən “Etiler Meat House” restoranı bu şəbəkənin müştərilərə təqdim olunan 3-cü restoranıdır. Belə ki, ilk restoran 2019-cu ildə “Gənclik Mall”da, daha sonra ikinci restoran 2022-ci ildə “28 Mall”da açılıb. “Crescent Mall” da yerləşən “Etiler Meat House” restoranının özəlliklərindən biri də burada müştərilərə Türk və Dünya mətbəxi ilə yanaşı Yapon mətbəxindən “suşi” çeşidlərinin də təqdim olunmasıdır.

Qeyd edək ki, “Crescent Mall” da yerləşən “Etiler Meat House” restoranı səhər saat 10:00-dan gecə 02:00-a kimi fəaliyyət göstərir və hər həftənin şənbə, bazar günləri axşam saat 21:00-dan sonra müştərilərə canlı dj performansı təqdim olunur.

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri