Icma.az
close
up
RU
“Etiler Meat House”un yeni filialının açılış mərasimi oldu Foto

“Etiler Meat House”un yeni filialının açılış mərasimi oldu Foto

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün “Etiler Meat House” restoranlar şəbəkəsinin yeni filialının açılışı olub. “Crescent Mall”ın 1-ci mərtəbəsində yerləşən “Etiler Meat House” restoranı ləzzətli təamları və geniş seçim imkanları ilə qapılarını müştərilərinin üzünə açıb.

Teleqraf.com xəbər verir ki, açılış mərasiminə qatılan qonaqlar qırmızı xalıdan keçərək restorana daxil oldular.

Tədbirin aparıcısı Nəsib Nur gələn qonaqları salamladı. Daha sonra restoran haqqında məlumat verən aparıcı “Etiler Meat House” restoranının təcrübəli personalının hər bir müştəriyə xüsusi yanaşdığını, restoranın istər müasir üslubda gözoxşayan interyeri, istər xidmət səviyyəsinin keyfiyyəti, istərsə də təqdim olunan yeməklərin ləzzəti ilə seçilən restoranlar sırasında birincilərdən olduğunu bildirdi. Tanınmış aparıcı istirahət etmək, xoş vaxt keçirmək, eləcə də xüsusi ləzzətlər dadmaq üçün belə ideal məkan yaratdıqlarına görə restoran rəhbərliyinə xüsusi təşəkkürlərini çatdırdı.

Daha sonra restoranın özəlliyindən danışan Nəsib Nur, məhz “Crescent Mall”da yerləşən bu filialda Türk və Dünya mətbəxinin təamları ilə yanaşı, müştərilərə Yapon mətbəxindən “suşi” çeşidləri də təklif edildiyini dedi.
Açılış mərasimində qonaqlara restoranın şefi Vasif Alməmmədovun hazırladığı ləzzətli təamlar təqdim olundu. Daha sonra tanınmış estrada ulduzlarımız Aygün Kazımova, Röya, Zülfiyyə Xanbabayeva, Sevda və Emma Ələkbərzadələr, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov öz mahnıları ilə qonaqlara xoş anlar bəxş etdilər. Səhnə ulduzları öz repertuarlarında tanınmış şair/bəstəkar Cəlal Qurbanovun sevilən mahnılarını da daxil etmişdilər.

Açılış mərasimində Azərbaycanın tanınmış simalarından Kamilə Babayeva, Lalə Azərtaş, Xədicə Sənanqızı, Hacı Nuran, Zaur Baxşəliyev, Elvin Mərdanov, İlqar Muradov, məşhur stilistlər Anar Ağakişiyev, Elnur Həsənov, Nigar İbrahimova, sayt rəhbərləri Vüsalə Mahirqızı, Aynur Camalqızı və digərləri iştirak edirdi.

Qeyd edək ki, “Crescent Mall”da yerləşən “Etiler Meat House” restoranı bu şəbəkənin müştərilərə təqdim olunan 3-cü restoranıdır. Belə ki, ilk restoran 2019-cu ildə “Gənclik Mall”da, daha sonra ikinci restoran 2022-ci ildə “28 Mall”da açılıb. “Crescent Mall” da yerləşən “Etiler Meat House” restoranının özəlliklərindən biri də burada müştərilərə Türk və Dünya mətbəxi ilə yanaşı Yapon mətbəxindən “suşi” çeşidlərinin də təqdim olunmasıdır.
Qeyd edək ki, “Crescent Mall” da yerləşən “Etiler Meat House” restoranı səhər saat 10:00-dan gecə 02:00-a kimi fəaliyyət göstərir və hər həftənin şənbə, bazar günləri axşam saat 21:00-dan sonra müştərilərə canlı dj performansı təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 31 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri