Icma.az
close
up
RU
Bakıda MTK lar sakinləri “girov” saxlayır: 1500 gətir, arayış verim Çıxarış fırıldağı

Bakıda MTK lar sakinləri “girov” saxlayır: 1500 gətir, arayış verim Çıxarış fırıldağı

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xətai rayonu, Əhmədli qəsəbəsi, Lütfizadə küçəsində yerləşən “Əzizbəy” MTK-nın inşa etdiyi binalarda yaşayan sakinlər ciddi problemlə üzləşiblər. Onlar bildiriblər ki, MTK onlara mənzil borcunun olmadığını təsdiq edən maliyyə arayışını yalnız əlavə ödəniş müqabilində verir.

Sakinlərin sözlərinə görə, bina 2010-cu ildə tikilib, çıxarışların verilməsinə isə yalnız 2024-cü ildən başlanılıb:

“Çıxarışı rahatlıqla ASAN Xidmət vasitəsilə ala bilərik. Lakin bunun üçün mənzilimizin MTK-ya borcu olmadığını təsdiqləyən maliyyə arayışı təqdim etməliyik. Bu arayışı isə MTK bizə pulla satır. Qiymət 1000-1500 manat arasında dəyişir. Arayışda sadəcə qeyd olunur ki, mənzil sahibinin MTK-ya borcu yoxdur. Bunun üçün niyə əlavə pul ödəməliyik?”.

Şikayətçilər əlavə ediblər ki, arayış almaq prosesi olduqca çətinləşdirilir:

“Bizdən pul almaq üçün süründürürlər. Halbuki bu, çox sadə işdir. Halal pulumuzu verib evimizi almışıq. Biz öz evimiz üçün niyə əlavə ödəniş etməliyik?”.

Sakinlərin qaldırdığı başqa bir məsələ isə MTK-ların fəaliyyəti ilə bağlıdır. Onların sözlərinə görə, qanuna əsasən, əgər binadakı mənzillərin 50 faizdən çoxu satılıbsa, MTK öz fəaliyyətini dayandırmalı, onun yerinə sakinlərin və bələdiyyələrin iştirakı ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalıdır. Bu isə idarəetmənin sakinlərə verilməsi üçündür.

“Amma bu, həyata keçirilmir. Çünki MTK-lar çıxarışdan əlavə gəlir əldə edirlər və buna görə də idarəetməni sakinlərə təhvil vermirlər”, – deyə şikayətçilər bildirirlər.

2025-ci ildə mənzil və torpaq bazarında qiymət artımı: Ekspertdən alıcı və  satıcılara tövsiyələr

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Musavat.com-a açıqlamasında bildirib ki, MTK-ların sakinlərdən əlavə ödəniş tələb etməsi qanunsuzdur:

“Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Əgər əlavə pul tələb olunursa, sakinlər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. MTK-lar bəzən bunu kommunal borclarla əsaslandırırlar, amma müqavilə üzrə bütün ödənişlər tamamlanıbsa, arayış üçün əlavə pul tələb etmək mümkün deyil”.

Ekspert həmçinin qeyd edib ki, mənzillərin 50 faizdən çoxu satıldıqdan sonra MTK-lar öz səlahiyyətlərini MMMC-lərə ötürməlidir:

“Bu prosesə bələdiyyələr nəzarət etməlidir, amma təəssüf ki, əksər hallarda bu, həyata keçirilmir. Buna baxmayaraq, sakinlər özləri birləşərək MMMC yarada bilərlər. Bunun üçün Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir. Beləliklə, idarəetməni ya özləri həyata keçirə, ya da peşəkar idarəetmə şirkətlərinə həvalə edə bilərlər”.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri