Icma.az
close
up
RU
Rəndə MTK nın binasında yaşayanlara 25 ildir çıxarış verilmir PROBLEMİN KÖKÜ NƏDİR?

Rəndə MTK nın binasında yaşayanlara 25 ildir çıxarış verilmir PROBLEMİN KÖKÜ NƏDİR?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt sakinləri 25 ildir yaşadıqları binaya çıxarış ala bilmədiklərindən şikayətçi olublar.

Bununla bağlı Oxu.Az-a müraciət ünvanlayan sakinlər bildiriblər ki, çıxarış olmadığı üçün mənzillərində daimi qeydiyyata düşə və mülkiyyət hüquqlarından tam istifadə edə bilmirlər.

"Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125, 19-cu məhəllədə yerləşən "Rəndə" MTK-ya məxsus 26 nömrəli, 12 mərtəbəli binanın sakinləriyik, artıq 25 ildən çoxdur ki, yaşadığımız mənzillərə mülkiyyət hüququnu təsdiq edən çıxarış (kupça) ala bilmirik. Halbuki binada elektrik enerjisi, su, qaz, lift təminatı mövcuddur və Fövqəladə Hallar Nazirliyinin də müvafiq rəyi alınıb.

Çıxarışın olmaması bizim mülkiyyət hüquqlarımızı ciddi şəkildə məhdudlaşdırır, mənzillərin alqı-satqısı, ipoteka və digər hüquqi əməliyyatların aparılmasına mane olur. Bu məsələ ilə bağlı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsək də, indiyə qədər müsbət nəticə əldə olunmayıb", - deyə müraciətdə bildirilir.

Məsələni araşdırmağa çalışdıq.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaşla tikinti şirkəti (MTK) arasında bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər qarşılıqlı razılaşma əsasında həllini tapmalıdır.

"Əgər bu istiqamətdə razılıq əldə olunmazsa, mövcud mübahisələr qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquqi müstəvidə araşdırıla bilər. Qeyd edilməlidir ki, mənzil mülkiyyətinə dair çıxarışın (kupçanın) verilməsi yalnız müvafiq dövlət qurumları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu proses tikinti şirkətinin öz öhdəliklərini tam və düzgün yerinə yetirməsindən, həmçinin inşa olunmuş binanın müvafiq icra orqanları tərəfindən istismara qəbul edilməsindən sonra mümkün olur", - deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı digər aidiyyəti qurumlara da sorğu ünvanladıq. Məlum oldu ki, sözügedən MTK adından heç bir quruma çıxarışla bağlı müvafiq müraciət qeydə alınmayıb.

Bəs belə bir problemin meydana çıxma səbəbi nədir və necə həll olunmalıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, çoxmənzilli binalar istifadəyə verildikdən və vətəndaşlar köçürüldükdən sonra həmin binaların sakinləri tərəfindən "Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti" yaradılmalıdır.

"Bu cəmiyyət qurulduqdan sonra binanın bütün idarəolunması sakinlərin öhdəsinə keçir. Yəni sakinlərin seçdiyi idarə heyəti və ya inzibatçı vasitəsilə bina idarə olunur.

Bu zaman yalnız binanın gündəlik idarəçiliyi deyil, həm də bina ilə bağlı bütün problemlərin həlli, sənədləşmə işləri, kommunal xətlərin çəkilməsi və digər ehtiyacların ödənilməsi də müştərək cəmiyyətin vəzifəsinə daxildir və cəmiyyətin sədri tərəfindən aidiyyəti qurumlara müraciət oluna bilər.

Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti binanın saxlanılması üçün ümumi xərcləri hesablayır və sakinlərdən kvadratmetr üzrə ödəniş toplayır. Cəmiyyətin sədri sakinlər adından toplanan vəsaiti binanın təmiri, təmizliyi, qaz, su, işıq, kommunikasiya xətlərinin çəkilməsi və sairə sərf etmək, hər hansı problemlə bağlı aidiyyəti qurumlara müraciət etmək hüququna sahibdir.

Əgər binaya çıxarış verilməyibsə, bu, müəyyən normativlərin pozulması səbəbindən ola bilər. Sədr müraciət etdiyi təqdirdə binaya baxış keçirilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və normativlərə uyğunluq təmin edildikdən sonra bina dövlət yoxlamasından keçərək rəsmi qaydada çıxarışla təmin oluna bilər.

Hüquqşünas Əkrəm Həsənov isə Oxu.Az-a açıqlamasında bildirib ki, burada əsas məqam mənzil sahiblərinin eyni zamanda MTK-nın (mənzil-tikinti kooperativinin) üzvü olması məsələsidir:

"Baxın, MTK nədir? MTK vətəndaşların öz mənzil ehtiyaclarını ödəmək üçün yaratdığı müvəqqəti hüquqi şəxsdir. Yəni MTK-nın sahibləri mənzil alan vətəndaşlar olmalıdırlar. Hər hansı bir vətəndaş gəlib MTK-dan mənzil alırsa, avtomatik olaraq o da həmin kooperativin üzvünə çevrilməlidir.

Mənzil alan şəxs üzvlük haqqı ödəyir, müəyyən paya sahib olur və nəticədə həm mənzilin, həm də kooperativin hüquqi iştirakçısı olur. Qısa desək, MTK-nın mahiyyəti budur: vətəndaşlar bir araya gəlib pul qoyur, mənzil tikdirirlər və nəticədə həmin MTK onların mülkiyyətinə çevrilir. Bizdə isə bu mexanizm işləməyib. Dövlət orqanları, xüsusilə də vergi orqanları bu prosesə nəzarət etməyiblər. Halbuki "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna görə, hüquqi şəxsin bütün iştirakçıları - yəni MTK üzvləri vergi orqanlarında qeydiyyata alınmalıdırlar. Amma bu, həyata keçirilmir".

Ə.Həsənov vurğulayıb ki, əksər hallarda MTK qeydiyyata alınır və orada, sadəcə, beş nəfər təsisçi göstərilir:

"Bu beş nəfər ilkin təsisçilərdir. Daha sonra onlarla mənzil satılsa da, yeni alıcıları MTK-ya üzv etmirlər. Halbuki onlar da üzv olmalı, ümumi yığıncaqlarda iştirak etməli və idarəetmədə söz sahibi olmalıdırlar. Təəssüf ki, bu baş vermir. Nə vergi orqanı, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də digər qurumlar - məsələn, Fövqəladə Hallar Nazirliyi bu məsələyə lazımi şəkildə nəzarət edir. Bir daha vurğulamaq istəyirəm ki, qanuna görə, MTK-nın sahibi elə vətəndaşlar, yəni mənzil alan şəxslərdir və bu, qanunla müəyyən olunmuş normadır".

Hazırda müraciət edən sakinlərin çıxarış almaq üçün hansı addımı atmaları məsələsinə gəlincə isə hüquqşünas qeyd edib ki, onlar Dövlət Vergi Xidmətinə müraciət etməlidirlər.

"Deməlidirlər ki, "biz, filan vətəndaşlar, bu MTK-dan mənzil almışıq və indi bu MTK-ya üzv olmaq istəyirik". Hamılıqla MTK-ya üzv olmalıdırlar ki, MTK-nın sahibliyini öz əllərinə ala bilsinlər. Qanunvericiliyə əsasən, MTK-nın təsisçiləri onun üzvləri və eyni zamanda sahibləri olurlar. Sadəcə, şikayətdən belə anlaşılır ki, bu MTK qeyri-rəsmi şəkildə fəaliyyət göstərib, yəni Dövlət Vergi Xidmətində qeydiyyata alınmayıb. Onlar MTK-nı tam olaraq əllərinə alandan sonra öz aralarından bir nəfəri seçməklə rəhbərliyi formalaşdırmalıdırlar - sədr, idarə heyəti və s. Daha sonra isə araşdırmalıdırlar ki, vəziyyət necədir, nə olub, nə baş verib və indiyə qədər niyə mənzillərə çıxarış (kupça) verilməyib. Bundan sonra dövlət orqanlarına ediləcək bütün müraciətləri artıq rəsmi şəkildə MTK özü etməlidir. Bunun üçün ilk növbədə MTK-nın idarəçiliyi bina sakinlərinin əlinə keçməlidir", - deyə Ə.Həsənov bildirib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri