Icma.az
close
up
RU
Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi

Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Jurnalist Qənirə Ataşovanın araşdırması nəticəsində bir vətəndaşın diş həkimi adı altında fəaliyyət göstərən bir şəxs tərəfindən aldatılması barədə məlumat ortaya çıxıb.
Publika.az
Milli.Az-a istinadən xəbər verir ki, araşdırma zamanı həmin şəxs həkimlik diplomu belə olmadığı üzə çıxıb.

Şikayətçi bildirir ki, "instaqram" sosial şəbəkəsində "Dr. Farid Əşrəfli" adlı bir səhifə ilə qarşılaşıb. Həmin səhifədə bir çox məşhurun dişlərini düzəltdiyi haqqında paylaşımlar görən vətəndaş həkimə müraciət etməyə qərar verir. Dişlərini düzəltmək üçün həmin şəxs əvvəlcə "Nəbz" klinikasına yönləndirilir ki, dişlərinin rentgeni çəkilsin. Ardınca "Dent House" klinikasına gəldikdə isə məlum olur ki, həmin şəxs burda həkim yox, əslində mühafizə işində çalışır.

Pasient klinikada digər həkim Anar Əmiraslanov ilə görüşür. Həkim və mühafizəçi olan Fərid özlərini diş həkimi kimi təqdim edərək, pasienti müayinə edirlər. Şikayətçi əvvəlki Nərimanovdakı "8 Dent" klinikası, indiki adı ilə "Dental Klinika"da həkim kabinet alaraq fəaliyyət göstərdiyini bildirib. İlk müayinədən sonra bir gün ərzində pasientin 5 dişi çəkilir. Şikayətçi qeyd edir ki, bu dişlər çox çətinliklə çəkilib və sonradan məlum olub ki, həmin dişlər sağlam imiş. Həkim pasientdən ilk olaraq 1000 manat, sonra isə 2000 manat alaraq, implant sifariş edəcəyini bildirir. Ümumilikdə pasientin 22 500 manat ödəyərək 11 dişin çəkilməsi və 15 implantın qoyulmasını planlaşdırılır. Həkim hər bir implantın qiymətini 1500 manat olaraq göstərir. Lakin müalicələr nəticəsində pasientin üst çənəsində sümük qırıqları meydana gəlir və digər həkimlər bu yerə süni sümük yerləşdirilməli olduğunu bildirir.

Pasient həmçinin bacısını da həmin həkimin yanına apararaq müayinə etdirib. Bacısının da üst qapaq dişlərinin səliqəsiz şəkildə çıxarıldığını və çox ağrılı bir prosedur keçirdiyini qeyd edib.

Xatırladaq ki, mətbuatda daha əvvəl də bu məsələ işıqlandırılıb.

"Dent House Baku " klinikasının həkimi Anar Əmiraslanov mətbuata açıqlamasında qeyd etmişdi ki, bu iddialar şər böhtandır.

"Bizim klinikada Fərid Əşrəfli adlı həkim işləməyib. Həmin şəxs iş üçün bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona bizim klinikada belə həkim çalışmadığını bildiriblər. Bu məsələdə mənim adımın hallandırılması heç nəyə əsaslanmır",-deyə Anar Əmiraslanov bildirib.

Qeyd edək ki, DİN tərəfindən 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı ciddi araşdırmalara başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://publika.az
archiveBu xəbər 12 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri