Icma.az
close
up
RU
Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Axar.az xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan və hələ də bu ölkələrdə neo-kolonial təsirlərini saxladığı Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından, həmçinin BMT-dən rəsmi şəxslər iştirak edəcək.

Qonaqlar arasında Konqo Demokratik Respublikasının (KDR) Ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları, BMT ekspertləri də var.

Konfransda həmçinin beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və s. iştirak edəcək.

Konfrans iştirakçıları Belçikanın Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi xalqına qarşı müstəmləkəçilik dövründə törətdiyi cinayətlərə görə rəsmi üzr istənilməsi və təzminat ödənməsi məsələsinin BMT, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyində irəlilədilməsi, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsində təsbit olunan prinsiplərə uyğun olaraq Belçikanın reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq məcburedici mexanizmin işlənib hazırlanmasını müzakirə edəcəklər.

Tədbirdə həmçinin Belçikanın müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsi, keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər proseslərə cəlb olunması, insan qalıqları və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələləri diqqət mərkəzində olacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsi qurbanların hüquqi müdafiə və reparasiya hüququnu sistemləşdirir. Qətnamədə reparasiyanın restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya (mənəvi tanınma və rəsmi üzr) və təkrar pozuntuların qarşısının alınması təminatları kimi formaları nəzərdə tutulur. Belçika bu öhdəliklərin heç birini hələ də yerinə yetirməyib. Belçika müstəmləkəçilik dövründə KDR, Ruanda və Burundidə törədilən cinayətlərə görə rəsmi dövlət səviyyəsində üzr istəməyib, rəsmilər yalnız hüquqi öhdəlik yaratmayan "dərin təəssüf" ifadəsi ilə kifayətlənib. Mədəni irsə aid 84 000 artefakt inventarlaşdırılsa da, faktiki repatriasiya prosesi onilliklərdir ki Belçika tərəfindən yubadılır. İnventar məlumatları ictimaiyyətdən gizli saxlanılır, ikitərəfli restitusiya sazişləri isə hələ də imzalanmayıb. Konqo, Ruanda və Burundi mütəxəssisləri Belçikanın müstəmləkə dövrü arxivlərinə və sənədlərinə hələ tam çıxış əldə edə bilməyib. Ekspertlər yaranmış vəziyyəti Belçikanın öz tarixi məsuliyyətini şəffaf araşdırmaqdan boyun qaçırması kimi dəyərləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Avqust 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri