Icma.az
close
up
RU
Bakıda mühüm görüş Azərbaycan iki düşməni barışdıra biləcək?

Bakıda mühüm görüş Azərbaycan iki düşməni barışdıra biləcək?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək. Bu görüş, uzun müddətdir davam edən gərginlikləri yüngülləşdirmək və tərəflər arasında əlaqələri normallaşdırmaq məqsədini daşıyır. Azərbaycan, həm Türkiyə, həm də İsraillə yaxşı əlaqələrə sahib olan və hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən bir tərəf olduğundan bu vasitəçilik mühüm əhəmiyyət daşıyır.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Azərbaycan, ilk dəfə deyil Türkiyə və İsrail arasında vasitəçi rolunda çıxış edir və bu, təbiidir:

“Azərbaycan həm Türkiyə, həm də İsraillə sıx və yaxşı münasibətlərə malik bir ölkə olaraq, bu iki dövlət arasında mövcud olan problemlərin aradan qaldırılmasında maraqlıdır. Hər iki dövlətin Azərbaycan üçün əhəmiyyəti və verdikləri dəstək açıqdır. Buna görə də, Azərbaycan zaman-zaman Türkiyə və İsrail arasında yaranan fikir ayrılıqlarını həll etmək üçün müvafiq təşəbbüslərlə çıxış edir.

Son olaraq, aprel ayında Bakıda keçirilən Türkiyə və İsrail arasındakı görüş bunun bariz nümunəsidir. Həmin görüşdə Suriyadakı gərginlik əsas müzakirə mövzusu olub və böyük ehtimalla, tərəflər yenidən Suriyada Türkiyə ilə İsrail arasında hərbi toqquşma təhlükəsini müzakirə edəcəklər”.

Politoloqun sözlərinə görə, ilk görüşlə bağlı ətraflı məlumatlar açıqlanmasa da, İsrailin maksimalist mövqedən çıxış etdiyi barədə bəzi məlumatlar mövcuddur:

Rəşad Bayramov

“İsrail nümayəndə heyəti, Türkiyəyə Suriyada xarici qüvvələrin yerləşdirilməsinə və Tadmor bölgəsində yeni türk hərbi bazalarının yaradılmasına qarşı olduqlarını bildirmişdi. İsrail bu mövqeyini öz təhlükəsizlik maraqları ilə əsaslandırmağa çalışır. Türkiyə isə İsraildə daxil olmaqla heç bir ölkə ilə Suriyada münaqişəyə girəcəyini düşünmür, lakin Suriyanın, yenidən Türkiyənin milli təhlükəsizliyini təhdid edəcək daxili qarışıqlıqlara, əməliyyatlara və ya təxribatlara məruz qalmasına seyrçi yanaşmayacağını bəyan edib.

Bu günlərdə yenidən keçiriləcək görüş, tərəflərin, xüsusilə də İsrailin ilkin mövqeyini yumşaltması ilə nəticələnə bilər. Verilən məlumata görə, bu dəfəki görüşdə İsrail, öz sərhədləri yaxınlığında silahlı birləşmələrin mövcudluğunun istisna edilməsi və strateji silah növlərinin Suriyada yerləşdirilməməsi məsələsini qaldırmağı planlaşdırır.

Düşünürəm ki, bu istiqamətdə müəyyən razılaşmalar əldə etmək mümkündür. Əks halda, İsrail Türkiyə ilə toqquşmaq məcburiyyətində qalacaq ki, bu da İsrailin hazırda müxtəlif cəbhələrdə döyüşdüyü bir vəziyyətdə arzuolunan deyil.

İstənilən halda, rəsmi Bakının vasitəçiliyi tərəflərə mübahisələri və fikir ayrılıqlarını hərb meydanında deyil, masa arxasında müzakirə yolu ilə həll etmək fürsəti təqdim edir. Tərəflərin, xüsusilə də İsrailin bu fürsəti necə dəyərləndirəcəyini zaman göstərəcək. Ancaq, əminliklə deyə bilərik ki, Bakıda keçiriləcək danışıqlar, regionun iki əsas ölkəsi arasında gərginliyin azaldılması və münaqişələrin qarşısının alınması istiqamətində mühüm bir addım olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri