Icma.az
close
up
RU
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri müzakirə edilib YENİLƏNİB

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri müzakirə edilib YENİLƏNİB

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda qurumlararası dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DGK-nın sədr müavini, gömrük xidməti general mayoru Güloğlan Muradlı narkotik vasitələrə qarşı mübarizəyə əhalinin bütün təbəqələrinin cəlb olunmasının vacib olmasına diqqət çəkib. “2016-cı ildən bugünədək yalnız gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən 15 tona yaxın narkotik vasitə çıxarılıb. Bunun da 70 faizini daha təhlükəli narkotiklər, yəni heroin və metamfetamin təşkil edir. Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda 40 min 500 nəfər narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb. Lakin bu, aysberqin yalnız görünən tərəfidir. Ekspertlərin fikrincə, əslində onların sayı dəfələrlə çoxdur. Bugünkü dəyirmi masa isə ölkəmizin bu proqram çərçivəsində qarşısına qoyduğu vəzifələrin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması, yeni çağırışlara cavab verən həll yollarının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq. Əminəm ki, bu tədbir narkotiklərlə mübarizə sahəsində fəaliyyətimizə ciddi töhfə verəcək”, - deyə G.Muradlı bildirib.

DGK-nın Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov xatırladıb ki, Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu mübarizə üzrə ölkəmizin dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O qeyd edib ki, məhz Ulu Öndərimizin imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman Azərbaycanda bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verib. Ümummilli Liderin əsasını qoyduğu bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirilir. Məqsədyönlü, konkret hədəflərə istiqamətlənən fəaliyyət nəticəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri son illərdə daha da intensiv xarakter alıb. “Təbii ki, narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədən danışarkən həmin maddələrin sərhəddən ölkəyə keçirilməsinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə DGK tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sistemli və məqsədyönlü iş aparılır. Bu işin nəticəsində yalnız son iki ay ərzində Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Rusiyaya kartof yükü aparan nəqliyyat vasitəsində 295 ədəd bağlamada ümumi çəkisi 92 kiloqramdan artıq olan narkotik vasitə - marixuana aşkar edilib. Həmçinin Astara dəmir yolu gömrük postunda İrandan Estoniyaya kafel yapışdırıcısı yükü aparan vaqonda ümumi çəkisi 457 kiloqram 800 qram olan və qara bazarda dəyəri 90 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq olan narkotik vasitə - heroin aşkar edilib. Dövlət Sərhəd Xidməti və DGK-nın birgə axtarış-əməliyyat tədbirləri nəticəsində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb”, - deyə C.Məmmədov bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi bu gün təkcə hüquq-mühafizə məsələsi deyil, eyni zamanda, ciddi sosial, tibbi və mənəvi problemlər yaradan qlobal təhlükədir. Bu problem, xüsusilə, gənclərin sağlamlığına, ailə institutuna və cəmiyyətin gələcəyinə ciddi zərbə vurur. Ailələr bu mübarizədə mühüm rol oynayır. Sağlam ailə mühiti, valideyn nəzarəti və düzgün tərbiyə gənclərin zərərli vərdişlərdən uzaq qalmasında həlledici amillərdəndir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və media qurumlarının bu istiqamətdə apardığı maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Komitə sədrinin sözlərinə görə, dövlət qurumları ilə cəmiyyətin bütün təbəqələrinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində narkotiklərlə mübarizədə daha effektiv nəticələr əldə oluna və cəmiyyətimizin sağlam gələcəyi təmin edilə bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev narkomaniya ilə mübarizədə profilaktikanı ən öndə tutmağın vacibliyinə diqqət çəkib. Deputat qeyd edib ki, istənilən bir xəstəliyin müalicəsi onun profilaktikasından 3-4 dəfə baha başa gəlir və çətinliklərlə üzləşir:”Narkomaniya təkcə bir şəxsin xəstəliyi deyil, eyni zamanda, ciddi sosial problemdir. Narkomaniyanı tətikləyən maraqlı qüvvələr var və bu, bizim təsir dairəmizdən olduqca kənardadır. 5 il əvvəl ölkəyə daxil olan narkotiklər daha çox bitki mənşəli idi, amma son dövrlərdə daha çox kimyəvi tərkibli narkotiklərin gəldiyi müşahidə edilir. Həmçinin internetin, sosial şəbəkələrin inkişafı və yayılması bu mənfi təsirin cəmiyyətimizdə olduqca ağırlaşmasına gətirib çıxarıb”.

Daha sonra aidiyyəti qurumların nümayəndələri tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətlər və mövcud təcrübə barədə təqdimatlar edilib, o cümlədən müvafiq sahədə multisektoral əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri