Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Xəbəri DİN mətbuat xidməti verib.
Daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 31 yaşlı S.Musayev saxlanılıb. Onun idarə etdiyi “Hyundai” markalı avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bundan başqa, Xəzər və Sabunçu rayonlarında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 41 yaşlı A.Yusifov və 50 yaşlı İ.Mərdanov da saxlanılıblar. Onlardan heroin və metamfetamin, yaşadıqları evlərə baxış zamanı isə ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və 17 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















