Bakıda nəfəs almaq niyə çətinləşib? ŞOK SƏBƏB KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava sakinlərin ən çox narahatlıq doğuran problemlərindən birinə çevrilib.
KONKRET.az xəbər verir ki, məsələ Baku TV-nin “Aktual Gündəm” verilişində müzakirə olunub.
Verilişdə çıxış edən ekoloq Sadiq Həsənov bildirib ki, tozun miqdarının artmasının əsas səbəblərindən biri daş karxanalarında köhnə avadanlıqlardan istifadə olunmasıdır.
Onun sözlərinə görə, Qaradağ rayonu, Güzdək, Qızıldaş, Zirə və Türkan ərazilərində uzun illərdir fəaliyyət göstərən daş karxanalarında köhnə mişarlardan istifadə edilir.
“Bu zaman narın toz hissəcikləri yaranır və ətrafa yayılır. Bundan əlavə, şəhərdən kənarda aparılan tikinti işlərində də qaydalara lazımi səviyyədə əməl olunmur. Açıq havada saxlanılan daş, qum və sement küləkli hava şəraitində ətrafa yayılaraq sıx toz təbəqəsi yaradır”, – deyə ekoloq bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 02 Avqust 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















