Sahil Babayev: Təhsil və elm xərcləri ÜMD in 3,8 % ə bərabərdir
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Təhsil və elm xərcləri növbəti ildə 5,4 milyard manat olaraq müəyyən edilib.
525.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu büdcə xərclərinin 12,6 faizidir:
"2025-ci illə müqayisədə bu rəqəm 538 milyon manat və ya 11,2 faiz artır. 2023–2027-ci illərə nəzər salsaq, beşillik dövrdə burada artım 1 milyard manatdır".
Nazir qeyd edib ki, təhsil və elm xərcləri ikisi birlikdə ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir:
"Bu da dünya ortalaması olan 3,6 faizdən çoxdur. Ümumilikdə, müxtəlif ölkələrə görə təhsil xərcləri 3 və 5 faiz arasında dəyişir. Biz bu gün orta bençmarkda yerləşirik və düşünürük ki, bu istiqamətdə siyasətimiz də davamlı olaraq təhsil və elm xərclərinin artırılmasına yönələcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Noyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















