Çipsə və qazlı içkilərə aksiz tətbiqinin səbəbi nədir?
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Şirinləşdirilmiş mineral və qazlı içkilər və çipsilər aksizli malların dairəsinə daxil ediləcək.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Bu cür məhsulların aksizli mallar kateqoriyasına daxil edilməsi müxtəlif ölkələrin təcrübəsində də geniş yayılmış dünya praktikasına uyğundur. Bu cür məhsullar ümumilikdə zərərli məhsullar kateqoriyasına da daxildir. Lakin burada əsas məqsəd bu deyil. Başlıca məqsəd beynəlxalq təcrübədə geniş yayılmış vergi siyasəti praktikasının bu məhsullara münasibətdə də tətbiq edilməsidir”. pizza sifarişi
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli malların, habelə aksiz markası ilə markalanmalı məhsulların siyahısına daxil ediləcək, yerli istehsalın hər litrinə 0,10 manat aksiz vergisi alınacaq.
Çipsi də aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Noyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















