Bakıda ofisiantla müğənni arasında dava: təhqiramiz videosunu yayaraq...
Icma.az, Publika.az saytına istinadən bildirir.
Bakıda işlədiyi restoranda müğənnini təhqir edən ofisiant cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən restoranlardan birində baş verib.
Restoranda ofisiant işləyən Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Şəfa Mustafayeva orada müğənnilik edən Mehriban S. ilə mübahisə yaşadıqdan sonra işdən çıxarılıb. Bundan sonra Şəfa "TikTok" sosial şəbəkəsində saxta hesab yaradıb və müğənninin fotolarından ibarət video hazırlayaraq üzərinə təhqiramiz ifadələr yazmaqla paylaşıb.
Müğənni videodan xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Mehriban S-in xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə qaldırdığı şikayət Abşeron Rayon Məhkəməsinə istiqamətləndirilib. Məhkəmədə Şəfa Mustafayeva törətdiyi əməli etiraf edib. Ona 1000 manat cərimə kəsilib.
Taleh
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















