Bakıda ona yaxınlaşan dostları bıçaqlayan şəxsə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Oqtay Məcidovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 09 mart 2024-ci il tarixdə, saat 18:30 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Oqtay Məcidov həmin ərazidə yaşayan zərərçəkmişlər - Aydın Hacıyev və onun dostu Taleh Məmmədovun (hər ikisinin soyadları şərti) ona yaxınlaşıblar. Onlar təqsirləndirilən şəxslərdən həmin ünvana gəlməsinin səbəbini soruşub. Bu zaman o, üzərindəki bıçaqla Aydın və Talehi bıçaqlayaraq onlara xəsarət yetirib.
Hadisədən sonra Oqtay Məcidov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/see.png)