Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

TDT nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib

TDT nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə keçirilən tədbirdə Orta Dəhlizin çoxölçülü xarakteri əhatəli şəkildə təhlil edilib. Geosiyasi sabitlik və regional təhlükəsizlikdən başlayaraq, mədəni inteqrasiya, rəqəmsal platformalar və enerji təhlükəsizliyi kimi məsələlər panelin əsas müzakirə mövzusu olub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, Azərbaycan beynəlxalq ictimai-siyasi proseslərin içərisində elə bir özünəməxsus yer tutub ki, onun təcrübəsi hər kəs üçün maraqlıdır. Bunu şərtləndirən bir sıra təbii əsaslar var. Bunlar bizim yerləşdiyimiz region, malik olduğumuz sərvətlər, resurslar, eləcə də dünyanın maraqları naminə atdığımız ciddi addımlardır. Bu addımlar bütün insanlığın, beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir.

İclasın mövzusunun əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri bildirib ki, Orta Dəhliz məsələləri üzv dövlətlərin hər biri üçün yalnız nəqliyyat, logistika marşrutları kimi deyil, sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm bir vasitə, imkan, platformadır. Zaman keçdikcə bu dəhliz ən müxtəlif platformalarda əsas müzakirə mövzularından biri kimi seçilir. Daha real iqtisadi əlaqə marşrutu olmaq kimi öz üstünlüyünə yeni bir dəyər qatır. Eyni zamanda, həm geosiyasi, həm ekoloji, həm də sosial aspektlərdən yeni məna və məzmun kəsb edir. Dəyərlərin, mədəniyyətlərin və insan resurslarının Şərqdən Qərbə və əks istiqamətə keçidinə də şərait yarada biləcək ən qısa dəhliz kimi diqqət çəkir.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qeyd edib ki, Orta Dəhliz dünyada rifahı yaxşılaşdırmaq üçün ortaq vizyonun təməlini təşkil edir. Orta Dəhliz, eyni zamanda, Orta Asiya coğrafiyası ilə sinerji yaradıb, həmçinin tarixi köklərimizi birləşdirən qədim mədəniyyət yoludur.

Ailənin cəmiyyətin onurğasını təşkil etdiyi bildirən türkiyəli nazir müasir dövrdə ailə dəyərlərinin bir sıra problemlərlə üz-üzə qaldığını vurğulayaraq deyib: "Bu gün cəmiyyətin təməl dirəyi olan ailələrin üzərinə önəmli vəzifələr düşür. Gələcək nəsilləri sağlam fərdlər olaraq yetişdirməliyik. Sürətlə dəyişən dünyada hamımızın üzərinə düşən vəzifələr var. Türk dünyasında ailə siyasətlərinin daha da dərinləşdirilməsinə xidmət edən bu tədbirin ailə dəyərlərimizi gücləndirəcəyinə ümid edirik".

Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu Türk dünyasının ailə dəyərlərinə söykənən birliyinə inandıqlarını söyləyib. O əlavə edib ki, ailə cəmiyyətimizin bünövrəsidir. Uşaq hüquqlarının qorunması, qadınların sosial-iqtisadi həyatda fəal iştirakı, ahıl və əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində ortaq proqramlar vacibdir.

S.Qardiyanoğlu qeyd edib ki, yaşıl transformasiya bu günün və gələcəyin məsələsidir. Sosial siyasət iqlim dəyişikliyinə qarşı dayanıqlı olmalıdır. Ətraf mühitlə uyğun əmək bazarları və ekoloji məsuliyyətli sosial proqramlar bu baxımdan hər kəsin prioritetidir.

“Şimali Kipr Türk Respublikası olaraq biz də bu əməkdaşlıq ruhuna töhfə verməyə hazırıq. Biz ortaq dilə, mədəniyyətə və tarixi yaddaşa sahib bir ailəyik. Türk Dövlətləri Təşkilatı bizim üçün siyasi deyil, eyni zamanda, mənəvi bir bağdır”, - deyə nazir əlavə edib.

TDT Baş katibinin müavini Ömər Kocaman bildirib ki, artıq inkişaf edən dünya iqtisadiyyatında “Orta Dəhliz” adlı bir reallıq var. İstehsal edən bir Çin var və o, istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarmaq üçün müxtəlif yollar axtarır. Təkcə dəniz yolu, şimal yolu ilə yox, bu gün bizim üzərində çalışdığımız Orta Dəhliz vasitəsilə də məhsullarını Avropa və dünya bazarlarına çıxarmaq istəyir. Həqiqətən də apardığımız təhlil və araşdırmalara əsasən, Çinlə Avropa arasında ən qısa və ən təhlükəsiz yol Türk Dövlətləri Təşkilatının üzv ölkələri üzərindən keçir. Ölkələrimiz bu günə qədər bu sahəyə çox ciddi sərmayələr yatırıb.

O bildirib ki, Orta Dəhlizə yalnız iqtisadi-ticarət marşrutu kimi deyil, fərqli çərçivə və perspektivlərdən, müxtəlif baxış bucağından da yanaşmaq lazımdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, bu gün Orta Dəhliz dünyanın ən böyük iqtisadi, mədəni və sivilizasiyalararası dəhlizlərindən birinə çevrilib. O deyib: “Bu gün Türk dünyasının liderləri, bütövlükdə Türk dünyası yeni bir model, yeni bir inkişaf yolu təqdim edir. Biz öz tarixi köklərimizə nə qədər bağlı olsaq da, əgər texnologiya və iqtisadi inkişaf sahəsində geridə qalsaq, dünyada liderliyə iddia etmək imkanımız məhdud olar. Ona görə də bu gün iqtisadiyyatımızın və texnologiyanın inkişafı çox vacibdir”.

Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib: “Biz tarixdən dərs çıxarmalıyıq. Sivilizasiyanın mərkəzinin Çin olduğu dövrlərdə Göytürklərin Çinləşməsi onların imperiyasının tarix səhnəsindən silinməsi ilə nəticələndi. Bu mənfi təcrübə diqqətlə öyrənilməli və təkrar olunmamalıdır”. Deputatın sözlərinə görə, ailə dəyərlərinə hörmət və onların qorunması milli kimliyin, mədəni özünəməxsusluğun əsas təminatçısıdır. Ailə yalnız sosial institut deyil, həm də mənəvi dayaq, milli ideologiyanın daşıyıcısıdır. Bu baxımdan ailə dəyərlərinin qorunması, onların gələcək nəsillərə ötürülməsi dövlət siyasətində prioritet olmalıdır.

Energetika nazirinin müavini Elnur Soltanov “Orta Dəhliz” mövzusunu daha geniş mənada gördüyünü ifadə edib. Bildirib ki, Azərbaycan üçün bu dəhliz çox böyük konsepsiyanın xüsusi bir ifadəsidir.

O qeyd edib ki, biz adətən cəmiyyət və fərddən danışırıq, amma əslində, ailə olmadan nə fərd, nə də cəmiyyət mövcud ola bilər. Ailə cəmiyyətlə fərdi birləşdirən və onlara mənəvi dəyər qazandıran əsas məfhumdur.

“Neft inqilabının önündə gələn ölkə, şübhəsiz ki, Azərbaycandır. Sənaye inqilabını neft inqilabı olmadan, neft inqilabını isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Lakin bu dövr ölkəmizin müstəqil olmadığı illərə təsadüf edir və həmin vaxtlar ənənəvi enerji resurslarımızın əhəmiyyətli hissəsi Azərbaycanın deyil, başqalarının maraqlarına xidmət edirdi. Ancaq müstəqilliyimizin bərpasından sonra Azərbaycan bu enerji resurslarından son dərəcə ağıllı şəkildə istifadə edərək, həm müstəqilliyini möhkəmləndirdi, həm də nəhayət, öz torpaqlarını azad etməyə nail oldu”, - deyə energetika nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, ənənəvi enerji sahəsində lokomotiv rolunu oynamış Azərbaycan, bu gün yaşıl enerji inqilabında da öncül mövqeyə sahib olmaq əzmindədir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri