Bakıda parklanma xaosu: Avtomobillər bir birinin çıxışını çətinləşdirdi VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda sürücülərin parklanma qaydalarına və digər nəqliyyat vasitələrinin hərəkət imkanlarına diqqət etməməsi narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, sürücülərdən birinin qeydə aldığı görüntülərdə avtomobillərin parklanma yerində bir-birinə həddindən artıq yaxın saxlanıldığı görünür. Nəticədə nəqliyyat vasitələrinin manevr etməsi və park yerindən çıxması xeyli çətinləşib.
Görüntüləri çəkən sürücü də vəziyyətdən narazılığını bildirərək avtomobillərin bu formada park edilməsinin düzgün olmadığını qeyd edib. Xüsusilə nəqliyyat vasitələrinin bir-birinə çox yaxın yerləşdirilməsi digər sürücülərin öz avtomobillərinə rahat şəkildə daxil olub-çıxmasına maneə yaradır.
Belə vəziyyətlər isə yalnız sürücülər üçün narahatlıq yaratmır. Təcili vəziyyət yarandıqda avtomobilin qısa müddətdə park yerindən çıxarılması, yaxud ərazidə hər hansı xüsusi xidmət nəqliyyatının hərəkəti də çətinləşə bilər.
Eltac Zülfüqaroğlu
Baxış sayı:112
Bu xəbər 28 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















