Icma.az
close
up
RU
Bakıda peyda olan beynəlxalq hüquq müdafiəçisi David Seliverstov kimdir? sension detallar

Bakıda peyda olan beynəlxalq hüquq müdafiəçisi David Seliverstov kimdir? sension detallar

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan ictimaiyyətində son vaxtlar özünü “beynəlxalq hüquq müdafiəçisi”, “xeyriyyəçi” və müxtəlif beynəlxalq qurumlarla əlaqəli şəxs kimi təqdim edən “David Seliverstov” adı ətrafında müzakirələr yaranıb. Bu əsnada Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə cəmiyyətdə narahatlıq doğuran bu məsələ ilə bağlı redaksiyamızla əlaqə saxlayıblar.
Onlar həm cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını bildiriblər. Prezident tərəfindən "Şöhrət" ordeni, eləcə də Heydər Əliyevin 100 illiyi münasibətilə təsis olunmuş yubiley medalı ilə təltif edilmiş hüquq müdafiəçilərinin narahatlığına səbəb müxtəlif vətəndaşlardan daxil olan zənglər və müraciətlərdir. Onların sözlərinə görə vətəndaşlar müraciətlərində qeyd edirlər ki, Azərbaycan cəmiyyətində özünü yəhudi kimi təqdim edən və beynəlxalq yəhudi insan hüquqları təşkilatının təmsilçisi kimi qələmə verən “David Seliverstov” adlı şəxs fəaliyyət göstərir...
Vətəndaşlar onlara müraciətlərində bu adda şəxsin kimliyi, hansı statusla fəaliyyət göstərməsi və verdiyi vədlərlə bağlı narahatlıqlarını ifadə ediblər. İddialara görə, həmin şəxs müxtəlif insanlara problemlərinin həllində kömək edə biləcəyini bildirir, nüfuzlu şəxslərlə əlaqələrinin olduğunu vurğulayır və bu əlaqələr üzərindən etimad yaratmağa çalışır. Məhz bu müraciətlərdən sonra hüquq müdafiəçiləri onun fəaliyyəti və kimliyi ilə bağlı araşdırma aparmağa başlayıblar. Hüquq müdafiəçiləri açıqlamalarında qeyd edirlər ki, Azərbaycanda “David Seliverstov” adı ilə rəsmi qeydiyyatda olan şəxs sadəcə yoxdur. Onların təqdim etdiyi məlumatlara görə, bu adla çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasovdur. Həmin şəxs 26 mart 1988-ci il tarixində Bakı şəhərində anadan olub. İddialara əsasən, onun müxtəlif dövrlərdə fərqli ad və təqdimatlarla ictimai fəaliyyət göstərdiyi bildirilir.
Hüquq müdafiəçiləri xüsusi olaraq vurğulayıblar ki, bu gün “beynəlxalq hüquq müdafiəçisi” kimi özünü cəımiyyətə sırayan əslində əvvəllər dəfələrlə məhkum olunmuş Kazım Elşən oğlu Abbasovdur. Təqdim olunan məlumatlara görə Kazım Elşən oğlu Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Sonradan məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kazım Abbasov barəsində həmçinin Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310 - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və 320.2-ci - saxta sənədlərdən bilə-bilə istifadə etmə maddələri cinayət işi başlanıb. Bu iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzasına məhkum olunub. Daha sonra, təqdim olunan məlumatlara əsasən, Kazım Abbasov 29 sentyabr 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Bu iş üzrə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri - külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı elan olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, 2022-ci ildən sonra azadlığa çıxan Kazım Abbasov özünü başqa bir imicdə təqdim etməyə başlayıb. “David Seliverstov” adı ilə çıxış etməklə özünü beynəlxalq insan hüquqları təşkilatlarından birinin nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi tanıtmaqdadır. Onun müxtəlif tədbirlərdə çıxış etdiyi, Azərbaycan-İsrail münasibətləri ilə bağlı fikirlər səsləndirdiyi və sosial şəbəkələrdə aktiv olduğu qeyd olunur. Kazım Abbasov – “David Seliverstov” Bakıda, Bəhruz Qasımov kücəsində ofisdən istifadə edir. Hüquq müdafiəçilərinin dediyinə görə ofisdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub, ofisə daxil olan şəxslərin telefonları əllərindən alınır, mühafizəçilər onların üstünü dəmiraxtaranla yoxlayırlar. Kazım Abbasov - “David Seliverstov”un ofisinə gələn şəxs gücləndirilmiş təhlükəsizlik tədbirlərindən sonra onun hüzuruna buraxılır. Həmin şəxs onun hüzurunda olduğu müddətdə daim mühafizəçilərin nəzarəti altında saxlanılır.
“David Seliverstov”un ofisində 2 vəkil saxladığı, müxtəlif şəxslərlə vəkillərin tərtib etdiyi sənədlər üzərindən müqavilələr bağladığı da məlumdur. “David Seliverstov” Bakıda mühafizə altında “Cadillac” brendinin flaqman yolsuzluq avtomobili hesab olunan “Cadillac Escalade” modelli, Az 77 AX 911 nömrə nişanlı avtomobildə hərəkət edir. Onun müxtəlif dövlət qurumlarında tanınmış şəxslərlə yaxın münasibətlərinin olduğunu nümayiş etdirdiyi də gələn məlumatlar sırasındadır. Hətta içkili halda ən müxtəlif yüksək vəzifəli şəxslərin ünvanına nalayiq sözlər işlətməsi, söyüşlər söydüyünü də hüquq müdafiəçiləri xüsusi qeyd edirlər. Bildirirlər ki, o, müxtəlif şəxslərə hədə-qorxu gəlməkdən də çəkinmir. Onun vəzifəli himayəçiləri barəsində Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda məlumat olsa da, etika xatirinə hələ ki, həmin şəxslərin adları da açıqlanmır.
Hazırda əsas sual ondan ibarətdir ki, özünü beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən bu şəxsin real fəaliyyəti, hüquqi statusu və təmsil etdiyi qurumlar hansılardır? Əgər bir şəxs həqiqətən beynəlxalq hüquq müdafiəçisi kimi fəaliyyət göstərirsə, onun təmsil etdiyi təşkilatların rəsmi qeydiyyatı, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri açıq olmalıdır. Digər tərəfdən, əgər vətəndaşlara yanlış məlumat verilməsi, saxta statusdan istifadə və ya başqa hüquq pozuntuları ilə bağlı faktlar mövcuddursa, bu məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri mətbuat vasitəsi ilə DİN, DTX və Baş Prokurorluqdan bu sualların araşdırılmasını xahiş edirlər.

Mövzuya qayıdacağıq. (musavat.com)







Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri