Icma.az
close
up
RU
Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü: Həkim eltisi idi

Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü: Həkim eltisi idi

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bakıda bu ilin aprel ayında 40 yaşlı Səbinə Əliyeva liposaksiya əməliyyatı olmağa qərara gəlir.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, o, bu barədə eltisi ilə məsləhətləşib və əməliyyatı ali təhsili olmayan həkim eltisi edir.
Mərhumun valideynləri qızının ölümündə eltisini günahkar bilir. Mərhumun anası Sara Qədimova bildirib ki, axşam saatlarında mənə video gəldi, videonu qızım atıb kürəkənimə, o da mənə göndərib.
"Həmin videoda qızımın durumu pis idi. Üstündən bir az zaman keçəndən sonra mənə göndərilən bütün videolar silinib. Eltisi Ülviyyə Rəhmənova əməliyyatdan sonra onu xəstəxanadan çıxardıb, 2 gün evində saxlayacağını deyib. Ancaq 1 gün sonra qapımı qızın qaynatası döyərək dedi ki, qızın vəziyyəti yaxşı deyil. 

Həyətə çatanda gördüm ki, polislər həyətdədir. Onda hiss etdim ki, qız ölüb. Gəldim qızıma toxunanda meyit buz kimi idi. Üstünü açdım, sanki qarın hissəsində nəsə qaynayır kimi idi. Ölümünə inanmadım, amma qaynanası dedi ki, artıq ölüb. Təcili tibbi yardım gələndə də öldüyünü təsdiqlədi".

Əməliyyatdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. Ekspertizanın rəyindən sonra məlum olub ki, mərhum kəskin qanaxmadan həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb. Məsələ ilə bağlı həkimlə əlaqə saxlamağa çalışsaq da zəngimizi onun bacısı Nailə xanım cavablandırdı. Bacısı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, bacısının səhhətinin ağır olduğunu bildirib.

Mütəxəssislər qeyd edir ki, cərrahi ixtisası olmayanların belə bir işi görməsi nəticəsindən asılı olmayaraq məhkəmə və aidiyyəti orqanların priviligiyasındadır.

Pasiyentlər sosial şəbəkələrdən, reklamlardan təsirlənərək hərəkət etməməli, gedəcəkləri yerin həmin xəstəxanada mütəxəssislərin həqiqətən həkimin ixtisaslaşıb, ya hansı təcrübəyə sahib olduğunu bilməlidirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, cərrahların çalışdığı müəssisələrdə tibb xidmətlərinin göstərilməsinə nəzarət nazirliyin müvafiq qurumları üzrə planlı və daxil olan şikayətlər üzrə plandan kənar yoxlamalar aparılır. Nəzarət tədbirləri zamanı xüsusi nöqsanlar aşkarlandıqda cərimələr, ölüm faktı olduqda isə məsələ tibbi ekspertizası və hüquq mühafizə orqanlarının səlahiyyətinə keçir. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu qeydə alınıb. Bu haqda inzibati tədbirlər görülüb.

Qeyd edək ki, həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see630

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see152

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see147

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see140

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see139

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see138

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see137

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see135

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see131

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see128

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see126

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see126

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see123

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see123

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see116

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see115

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see114

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see113

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri