Icma.az
close
up
RU
Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü: Həkim eltisi idi

Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü: Həkim eltisi idi

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda bu ilin aprel ayında 40 yaşlı Səbinə Əliyeva liposaksiya əməliyyatı olmağa qərara gəlib.

O, bu barədə eltisi ilə məsləhətləşib və əməliyyatı ali təhsili olmayan həkim eltisi edib.

Mərhumun valideynləri qızının ölümündə eltisini günahkar bilir. Mərhumun anası Sara Qədimova bildirib ki, axşam saatlarında mənə video gəldi, videonu qızım atıb kürəkənimə, o da mənə göndərib.

"Həmin videoda qızımın durumu pis idi. Üstündən bir az zaman keçəndən sonra mənə göndərilən bütün videolar silinib. Eltisi Ülviyyə Rəhmənova əməliyyatdan sonra onu xəstəxanadan çıxarıb, 2 gün evində saxlayacağını deyib. Ancaq 1 gün sonra qapımı qızın qayınatası döyərək dedi ki, qızın vəziyyəti yaxşı deyil. 

Həyətə çatanda gördüm ki, polislər həyətdədir. Onda hiss etdim ki, qız ölüb. Gəldim, qızıma toxunanda meyit buz kimi idi. Üstünü açdım, sanki qarın hissəsində nəsə qaynayır kimi idi. Ölümünə inanmadım, amma qayınanası dedi ki, artıq ölüb. Təcili tibbi yardım gələndə də öldüyünü təsdiqlədi".

Əməliyyatdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. Ekspertizanın rəyindən sonra məlum olub ki, mərhum kəskin qanaxmadan həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb. Məsələ ilə bağlı həkimlə əlaqə saxlamağa çalışsaq da, zəngimizi onun bacısı Nailə xanım cavablandırdı. Bacısı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, bacısının səhhətinin ağır olduğunu bildirib.

Mütəxəssislər qeyd edir ki, cərrahi ixtisası olmayanların belə bir işi görməsi nəticəsindən asılı olmayaraq, məhkəmə və aidiyyəti orqanların priviligiyasındadır.

Pasiyentlər sosial şəbəkələrdən, reklamlardan təsirlənərək hərəkət etməməli, gedəcəkləri yerin həmin xəstəxanada mütəxəssislərin həqiqətən həkimin ixtisaslaşıb, ya hansı təcrübəyə sahib olduğunu bilməlidirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, cərrahların çalışdığı müəssisələrdə tibb xidmətlərinin göstərilməsinə nəzarət nazirliyin müvafiq qurumları üzrə planlı və daxil olan şikayətlər üzrə plandan kənar yoxlamalar aparılır. Nəzarət tədbirləri zamanı xüsusi nöqsanlar aşkarlandıqda cərimələr, ölüm faktı olduqda isə məsələ tibbi ekspertizası və hüquq mühafizə orqanlarının səlahiyyətinə keçir. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu qeydə alınıb. Bu haqda inzibati tədbirlər görülüb.

Qeyd edək ki, həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var./Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see181

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see178

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see165

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see132

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see131

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see129

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see123

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see123

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see121

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see120

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see119

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see119

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see114

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri