Bakıda polis bu şəxsi axtarır
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda kişi itkin düşüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 40 yaşlı Əliyev Samir Arif oğlu ötən il noyabrın 5-də saat 22 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
S.Əliyevin boyu 177 sm, saçları seyrək, qara rəngli, gözlərinin rəngi qəhvəyidir və orta bədən quruluşludur.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə, (012) 428-02-02, 425-49-15 şəhər və (055) 207-08-88 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Baxış sayı:171
Bu xəbər 14 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















