Bakıda polis nəfəri avtoqəzada həyatını itirib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.
"Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

