Icma.az
close
up
RU
Bakıda “Prius”ların dövrü bitir?

Bakıda “Prius”ların dövrü bitir?

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar Bakının küçələrində Çin istehsalı elektromobillər nəzərəçarpacaq dərəcədə artıb. Taksi sifariş edəndə artıq əvvəlki kimi “Prius” yox, BYD kimi yeni modellər gəlir. Sürücülər deyir, bu maşınlar daha qənaətcildir, servis xərci azdır, üstəlik hökumət də elektromobil idxalını təşviq edir.

Nəqliyyat eksperti Aslan Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, əslində, “Prius”ların dövrü bitməyib, hələ də yeni il istehsallı “Prius” modelləri ölkəyə gətirilir:

“Məsələn, 30 kuzalı modellər hələ də bazarda var, çünki bu avtomobillər hələ də kütləvi istehsaldadır. Növbəti illərdə bazara fərqli markalar daxil olacaq və bu da günün tələblərinə, Azərbaycanın nəqliyyat sektorunun real vəziyyətinə uyğun olaraq dəyişə bilər. Zamanla nəqliyyat vasitələrində yenilənmə, texnoloji inkişaf labüddür. “BYD”lər Çin istehsalı olmasına baxmayaraq, yapon konstruksiyası üzərində qurulub, yəni “Toyota”nın bir növ filialı hesab olunur. Bu isə həm keyfiyyət, həm də münasib qiymət baxımından alıcılar üçün daha cəlbedici edir”.

A.Əsədovun sözlərinə görə, yapon keyfiyyəti və Çin qiymət siyasəti birlikdə Azərbaycan bazarının real tələbatına cavab verir:

““BYD” modelləri bu gün bazarda müəyyən yenilik yaradır və alıcılar tərəfindən maraqla qarşılanır. Avtomobil seçimində sahibkarlar və istifadəçilər artıq daha geniş düşünürlər. İnternet üzərindən modelləri araşdırır, şəhər mühitinə və iqtisadi səmərəliliyə uyğun seçim edirlər. Ən əsası az yanacaq sərfiyyatı və ucuz tariflə işləyə bilən taksilərin olmasıdır. Ona görə də insanlar daha sərfəli və praktik modellərə üstünlük verirlər. Avtomobillərin qiyməti isə onu gətirən şirkət və ya fiziki şəxsdən, həmçinin avtomobilin modelindən və texniki vəziyyətindən asılı olaraq dəyişir. Qiymətlər təxminən 20-25 min dollar arasında dəyişə bilər. Daha böyük modellər, əlavə funksiyalı avtomobillər daha bahalı ola bilər, daha sadə modellər isə nisbətən ucuz başa gəlir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Aprel 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri