Icma.az
close
up
RU
Bakıda qadınların kibertəhlükəsizlik sahəsində iştirakına dair beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Bakıda qadınların kibertəhlükəsizlik sahəsində iştirakına dair beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Bakıda “Women in Cyber – Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” adlı beynəlxalq konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir “Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub və “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində keçirilib.

Konfransın əsas tərəfdaşları kimi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) çıxış edib.

Tədbirin açılış mərasimində çıxış edən XRİTDX-in Baş idarə rəisinin müavini Tural Məmmədov qadınların kibertəhlükəsizlik sahəsində iştirakının və liderlik potensialının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, qadınların kibertəhlükəsizlikdə liderliyini təşviq etməklə region üçün daha təhlükəsiz, ağıllı və inklüziv gələcəyə sərmayə qoyulur. Eləcə də, T. Məmmədov müasir dövrdə qadınların kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində artan rolunun milli və regional inkişaf gündəliyində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Moldovanın Avropa Siyasi Araşdırmalar İnstitutunun direktoru, məsuliyyətli süni intellekt məsələləri üzrə qubernator, kibertəhlükəsizlik üzrə ekspert Natalya Spinu qeyd edib ki, Şərq Tərəfdaşlığı regionunda kibertəhlükəsizlik sahəsi dönüş nöqtəsindədir. Ölkələr rəqəmsal transformasiyanı sürətləndirir, müdafiə mexanizmlərini gücləndirir, lakin kibertəhlükəsizlikdə qadınların liderlik mövqelərində təmsilçiliyi hələ də kifayət qədər inkişaf etməyib:”Bugün Bakıda keçirilən “Women in Cyber” adlı regional görüş bu sahədə çalışan qadın mütəxəssislər üçün unikal platforma yaradaraq bilik mübadiləsi, peşəkar əlaqələrin qurulması və sərhədləri aşan əməkdaşlıq imkanlarını genişləndirib. Avropa İttifaqı baxımından kiberdavamlılığın təmin edilməsi təkcə texnologiya ilə məhdudlaşmır. Bu, həm də inklüzivlik, müxtəliflik, hibrid təhdidlərə, dezinformasiya kampaniyalarına, məlumatların qorunmasına və süni intellektin etik idarəçiliyinə yönəlik yanaşmanı əhatə edir. Təcrübə göstərir ki, müxtəlifliyə əsaslanan komandalar daha innovativ, dayanıqlı və effektiv həllər təqdim edirlər”.

Konfransda “Femmes Digitales” təşkilatının təsisçisi və sədri Jana Krimpe, e-Governance Academy (eGA) təşkilatının baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Elsa Neeme, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Nataliya Tkaçuk və digər beynəlxalq ekspertlər də çıxış ediblər.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılması, böhran dövrlərində rəqəmsal dayanıqlığın gücləndirilməsi, regional əməkdaşlıq və ictimai etimadın möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda regionun müxtəlif ölkələrindən olan 300-dən çox iştirakçı – kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri, akademiklər və gənc mütəxəssislər iştirak ediblər. Tədbirin məqsədi qadın kibertəhlükəsizlik mütəxəssisləri arasında peşəkar əlaqələrin qurulması, region ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi və davamlı bilik mübadiləsi üçün platforma formalaşdırmaq olub. Eyni zamanda, konfrans iştirakçılara mədəni mübadilə, müxtəlif iş mühitlərində qarşılıqlı təcrübə öyrənmək və peşəkar inkişaf üçün konkret addımlar müəyyənləşdirmək imkanı yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri