Icma.az
close
up
RU
Bakıda qarlı havalara hazırlıq işləri görülür

Bakıda qarlı havalara hazırlıq işləri görülür

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən Reyting.az-a bildirilib ki, ilk növbədə, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.
"Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, bu işlər çərçivəsində paytaxtın Nizami, Binəqədi və Nəsimi rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştiraki ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Vurğulanıb ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır və yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.
Əlavə edilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb: "Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib. Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib".



Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Noyabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri