Icma.az
close
up
RU
Bakıda qətlə yetirilməsi hədəflənən yəhudi icması üzvünün kimliyi məlum olub Bizdən nə danışırlar?

Bakıda qətlə yetirilməsi hədəflənən yəhudi icması üzvünün kimliyi məlum olub Bizdən nə danışırlar?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, bu gün 20 Yanvar faciəsinin günahsız qurbanları ehtiramla yad olunub. Xarici KİV-də həm bu günün tarixindən, həm də ölkəmizin siyasi mövqeyindən, uğurlarından bəhs edən xəbərlər təqdim olunub.

İordaniyanın "Ammon News" nəşrində "Qara Yanvar faciəsinin 35-ci ildönümü" sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən bəhs olunur, Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisələr aparılıb. Bildirilib ki, misirli alim Şeyx Məhəmməd əl-Ğəzali "Acı həqiqət" kitabında 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığı qeyd olunub.

Çinin "Global Times" nəşri xəbər verir ki, bu ölkənin Ticarət Nazirliyi bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Çin və Azərbaycan Bakıda ikitərəfli bazara çıxış danışıqlarının birinci mərhələsini keçiriblər. Mənbə yazıb ki, hər iki tərəf mal və xidmət ticarəti ilə bağlı ətraflı müzakirələr apararaq müəyyən konsensus əldə ediblər. Tərəflər, həmçinin sonrakı danışıqları sürətləndirmək və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına erkən daxil olmasını dəstəkləmək barədə razılığa gəliblər.

İsrailin "i24News" nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycanda yəhudi icmasının liderinə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər həbs ediliblər. Qeyd olunub ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkənin yəhudi icmasının yüksəkvəzifəli nümayəndəsinə qarşı sui-qəsdin qarşısını alıb.

Mənbə hüquq-mühafizə orqanlarının məlumatına əsasən xəbər verib ki, terror aktını təşkil etməkdə iki nəfər şübhəli bilinib - Azərbaycan vətəndaşı Aqil Aslanov və Gürcüstan vətəndaşı Ceyhun İsmayılov. Yəhudi icmasından mənbəyə bildirilib:

"Biz bu işdən xəbərdarıq və kimin hədəfə alındığını bilirik. O, İsrail-Azərbaycan əlaqələrinin inkişafı üçün çalışan bir fiqurdur və mətbuatda adı mütəmadi olaraq çəkilir".

Ətraflı Baku TV-nin süjetində:

Bakıda qətlə yetirilməsi hədəflənən yəhudi icması üzvünün kimliyi məlum olub - Bizdən nə danışırlar?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Yanvar 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri