Bakıda qəza baş verdi, işıqfor yararsız vəziyyətə düşdü
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qəza zamanı 1 ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.

