Icma.az
close
up
RU
Bakıda Rent a car ın maşınına görə QAN TÖKÜLDÜ: Qartal kafesində baş verənlər...

Bakıda Rent a car ın maşınına görə QAN TÖKÜLDÜ: Qartal kafesində baş verənlər...

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2017-ci il noyabrın 13-də Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub. 1987-ci il təvəllüdlü Mahir İsmayılov və 1986-cı il təvəllüdlü İlham Paşayev bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına daxil olublar. Burada tibbi yardım sayəsində ağır yaralanan şəxslərin həyatları xilas edilib.

Səhəri gün polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində əvvəllər məhkum olunmayan 1994-cü il təvəllüdlü Məhərrəm Kazımov saxlanılıb. Araşdırma zamanı, yaralanan şəxslərin əvvəllər məhkum olunmaları məlum olub.
Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsindən cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 2-də Məhərrəm Kazımov qrup halında tanışı İlham Paşayevin “Baku Rent a Car 555”dən icarəyə götürdüyü “Toyota Camry” markalı maşını Balaxanı qəsəbəsi, Mübariz İbrahimov küçəsində yerləşən “Neftçi” kafesinin qarşısından qaçırıb.

Bıçaqlanma hadisəsi isə noyabrın 13-də Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 ünvanında yerləşən “Qartal” kafesinin qarşısında baş verib. Məhərrəm Kazımov sərxoş vəziyyətdə aralarında pul borcu ilə əlaqədar yaranan mübahisə zamanı açılıb-qatlanan bıçaqla Mahir İsmayılovun və İlham Paşayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub, sonra isə hadisə yerindən qaçıb. Xəstəxanada yaralanan şəxslərin həyatlarını xilas etmək mümkün olub. 

İş üzrə dindirilmiş Məhərrəm Kazımov bildirib ki, Mahir İsmayılov və İlham Paşayevlə Balaxanı qəsəbəsində tanış olub, onlarla yaxın münasibəti olmayıb. Noyabrın 13-də Zabrat qəsəbəsində yerləşən kafedə pivə içərkən Mahir içəri girib, əli ilə işarə edərək onu bayıra çağırıb:

“Kafenin arxasına keçdik. Mahirlə İlham kobud şəkildə təhqiredici ifadələr işlədərək, maşına vurduğum ziyana görə, mənə qarşı əl-qol atmağa başladılar. Yumruqla sinəmdən zərbələr vuraraq, pul tələb etdilər. Yerdən ayağa qalxdım, onları qorxutmaq məqsədi ilə bıçağı çıxarıb nizamsız qaydada sağa-sola yellətdim. Mahirin boğaz nahiyəsinə, ardınca da İlhamın bədənin müxtəlif nahiyələrinə zərbələr vurdum. Bundan sonra hər ikisi hadisə yerindən qaçdı.

Hadisədən sonra təxminən 5-10 dəqiqə orda dayanıb polis əməkdaşlarının gəlməsini gözlədim. Amma onlar gəlmədiyi üçün yaşadığım Əmircan qəsəbəsinə getdim. Səhər oyananda qardaşım Sadiqin mobil telefonuna zəng edən polis əməkdaşı məni gəlib aparacaqlarını bildirdi. 12-ci şöbəyə getmək üçün evdən çıxanda polis əməkdaşları ilə qarşılaşdım. Bıçağı onlara təhvil verdim”.

Məhərrəm Kazımov

Məhərrəm Kazımov əlavə edib ki, onunla Mahir və İlham arasında baş vermiş mübahisənin əsas səbəbkarı kafenin sahibi Qimardır: “Çünki mən kafeyə gələndən 5-10 dəqiqə sonra Mahirlə İlham ora gəldi. Bunu isə onlara Qimar Səfərov zəng edərək, deyib”.
Zərərçəkmiş İlham Paşayev ifadəsində göstərib ki, Mahir İsmayılov qonşusudur. “Maqa” ləqəbli Məhərrəm Kazımovu 2017-ci ilin sentyabr ayında Nicat adlı tanışının vasitəsi ilə tanıyıb:

“Nərimanov rayonu ərazisində yerləşən şirkətdən gündəlik 70 manat ödəməklə “Toyota” markalı maşını icarəyə götürürdüm. Oktyabrın 2-də Məhərrəm, Hüseyn və Məmməd adlı şəxslərlə birlikdə həmin avtomobili qaçırdı. Səhər saat 4 radələrində 102 xidmətinə zəng edib, bu barədə məlumat verdim. Sonra Mahirlə bilikdə şöbəyə gedərək, ərizə yazdıq. Növbəti gün icarə şirkətinin müdiri mənə dedi ki, avtomobili quraşdırılmış naviqator vasitəsi ilə tapacaqlar. 1 saatdan sonra maşın tapıldığı üçün Mahirlə şirkətə yollandıq. Avtomobilə baxış zamanı mənə məxsus 1100 manat pul tapılmadı, salondan ancaq sənədlər aşkar edildi. 12-ci şöbəyə çağırıldım.

İlham Paşayev

Ora gedəndə, Məhərrəmlə Məmmədi gördüm. Məhərrəm ərizəmi geri götürüb şikayət etməməyimi xahiş etdi və dəymiş ziyanı 5 gün ərzində qaytaracağını dedi. Münasibətlərimizi pozmamaq üçün ona inandım. Noyabrın 13-də axşam Zabrat qəsəbəsində kafeni işlədən Qimar Səfərov Mahirə zəng edib, Məhərrəmin obyektə gəldiyini xəbər verdi. Kafenin arxasında aramızda baş vermiş mübahisə zamanı Məhərrəm bıçaqla məni boğazımdan vurdu. Təzyiqlə qan axdığı üçün qaçıb kafeyə girdim. İçəridə olan şəxslərdən biri məni çölə çıxararaq taksi ilə xəstəxanaya çatdırdı. Sonra mənə məlum oldu ki, Məhərrəm Mahirə arxadan yaxınlaşaraq, boyun, kürək və qarın nahiyələrinə xəsarətlər yetirib”.
Zərərçəkmiş Mahir İsmayılov bildirib ki, əgər həmin axşam Qimar Səfərov ona zəng edib Məhərrəmin kafedə olduğunu söyləməsəydi bu hadisə baş verməzdi:

“Qimarın təqdim etdiyi səsyazmada olan danışıq mənə məxsusdur. Belə ki, həmin danışıq hadisə günü qeydə alınıb, amma qanlı münaqişədən bir neçə saat əvvəl. Masada əyləşib spirtli içki qəbul etmiş iki şəxsdən biri ofisiant işləyən Bahar adlı xanıma pul müabilində cinsi əlaqədə olmasını təklif edib. Bahar mənə bu barədə danışandan sonra, mən Qimara həmin şəxsi tutduracağımı dedim. Amma kafenin sahibi bunu içəridə yox, çölə çıxanda etməyimi xahiş etdi. Sonra Qimara məxsus mobil telefonu ilə sahə müvəkkilinə zəng edib həmin şəxsləri şöbəyə aparmaq lazım olduğunu bildirdim. Daha sonra ora PPX əməkdaşları gələrək məni, İlhamı və həmin iki nəfəri şöbəyə apardılar”.
Məhkəmə iclasında Məhərrəm Kazımov deyib ki, ittihamda nəzərdə tutulan maddələrin ona aidiyyəti yoxdur.

Zərərçəkmiş Mahir İsmayılov isə bildirib ki, Məhərrəm Kazımov məqsədli şəkildə ona və dostu İlhama zərbələr endrib: “O, yalan ifadə verib. Boğaz nahiyəsindən insanı qorxutmaq məqsədi ilə vurmurlar”.
İstintaq orqanı Məhərrəm Kazımova Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham versə də, bu hal öz təsdiqini tapmayıb. Məhkəmə hesab edib ki, həmin maddə ittihamdan xaric edilməlidir.

Məhkəmə, Kazımova CM-nin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 185.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələrinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini əsaslı sayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəm Kazımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Avqust 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri