Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: Tehran rejimi ən azı 800 edamı dayandırdı...
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Trampın İrandakı aksiyaçılara "Kömək yoldadır" mesajından iki gün ötsə də, nə gözlənilən dəstək gəldi, nə də qonşu ölkəyə açıq hərbi müdaxilə oldu. Dünya mediası bunu İranın ABŞ-ın bölgədəki hərbi bazalara cavab zərbəsi ehtimalı ilə yanaşı, ərəb ölkələri və Türkiyənin Trampdan israrla "hücuma gərək yoxdur" xahişləri ilə əlaqələndirirlər. Lakin Ağ Ev sözçüsü bu iddiaları təkzib edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə açıqlama verən Ağ Evin sözçüsü Karolin Livit gerçəyi danışıb.
O, Trampın sərt xəbərdarlığından sonra İranın həbs edilən ən azı 800 etirazçınn edamını dayandırdığını və bunun da hərbi müdaxiləni arxa plana geçirdiyini vurğulayıb: "İran rejimi dünən üçün planlaşdırılan 800 edamı dayandırıb. Tramp və komandası hazırsda vəziyyəti çox yaxından izləyir. Bəli, indi orada proseslər öyrənilir və deyə bilərəm ki, bütün variantlar qüvvədə qalır. Prezident Tramp İran rejiminə etirazçıların öldürülməməsi barədə xəbərarlığını edib. Əgər edam və ya öldürülmə halları davam edərsə, bunun ciddi nəticələri olacağını İran rejimi bilir"
Samir MUSAYEV
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Yanvar 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















