Bakıda restoranda dava salan əcnəbi GÖRÜN KİM İMİŞ?!
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Bakıda restoranda dava olub.
"Yeni Sabah" lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.
35 yaşlı Türkiyə vətəndaşı olan Erol restoranın foyesində Azərbaycan vətəndaşı olan Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə vurub. Online alış-veriş
Nəticədə Əliağa xəsarətlər alıb. Hadisə zamanı Əliağanın həyat yoldaşı da yanında olub.
Erolun sözlərinə görə, hadisəyə səbəb Əliağanın onun dayısıqızına söz atması olub.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş zərəri ödədiyini bildirib. Zərərçəkən Əliağa da, həmçinin, Erola qarşı heç bir şikayətinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Erol məsuliyyətdən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Noyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















