Icma.az
close
up
RU
Bakıda restoranların seçdiyi Braziliya ətini Avropa QADAĞAN ETDİ VİDEO

Bakıda restoranların seçdiyi Braziliya ətini Avropa QADAĞAN ETDİ VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Avropa İttifaqı Braziliyadan ət, xüsusilə də mal əti və ət məhsullarının idxalına qadağa tətbiq edib. Qərarın səbəbi həmin məhsulların sanitariya standartlarına cavab verməməsidir.
Azərbaycan da Braziliyadan böyük həcmdə ət alır. Satıcıların sözlərinə görə, bu ölkədən alınan ətin digərlərindən əsas fərqi məhsulun daha keyfiyyətli olmasıdır.
Satıcı Abbas Vəliyev qeyd edib ki, can əti qiymətinə ətlər satırlar ki, kiloqramı 16 manatdır:
"Tələbat yüksək səviyyədədir, əsas alıcılar da kafe-restorandır. Satdığımız məhsulların hamısı AQTA-ın sağlamlıq aktı ilə tərtib edilir. Ay ərzində məhsul 3-4 dəfə gəlir".
Bizim.Media “İctimai TV”yə istinadla bildirir ki, ekspertlər bu ilin ilk 4 ayı ərzində ət idxalında artım qeydə alındığını deyirlər. Belə ki, ölkəyə xaricdən təxminən 15-16 min ton ət gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 17-18 faiz çoxdur.
Bəs sözügedən Braziliya ətinin idxalı dayandırılarsa, qiymətlərdə hansı dəyişiklik ola bilər?
İqtisadçı Asif İbrahimovun sözlərinə görə, ölkədə iribuynuzlu heyvanların sayı və örüş yerləri azalıb:
"Belə olduğu halda daxili tələbatımızı təmin etmək üçün xarici bazara üz tuturuq. Biz oradan dondurulmuş ət, quş əti məhsulları idxal edirik. Təbii ki, bu, bazara təsirini göstərir. Amma bu da qiymətlərdə müəyyən artım ola biləcəyini göstərir. Qarşıdan da Qurban Bayramının gəldiyini nəzərə alaraq, 10 faizə yaxın artım ola bilər".
Məsələ ilə bağlı AQTA-dan bildirilir ki, Braziliya da daxil olmaqla xaricdən ət idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sertifikatları təqdim etsin.
idxal prosesi zamanı məhsullar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri aparılır, daha sonra laboratoriya sınaqlarına cəlb edilir. nəticəsi uyğun olan məhsulların satışına icazə verilir. Qurumdan o da bildirildi ki, bu il Braziliyadan idxal olunan ət məhsullarında antibiotik qalıqları ilə bağlı hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 May 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri