Böyük Dəbilqə : Braziliya cüdoçuları Bakıda
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliya Cüdo Konfederasiyası komandalarının fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə son hazırlıqlarına həsr olunmuş yazı dərc edib.
İdman.biz xəbər verir ki, braziliyalı idmançılar Bakıya gəldikdən sonra artıq ilk məşqlərini keçiriblər.
Komandanın şəklinin altında belə yazılıb: “Komandanın bir hissəsi artıq Azərbaycandadır. Bu cümə günü Bakıda start götürəcək "Böyük Dəbilqə" yarışından əvvəl son məşqlərimizi keçiririk”.
Braziliya turnirdə 13 idmançı ilə təmsil olunacaq. Onların arasında Olimpiya çempionu, ikiqat dünya çempionu Rafaela Silva (57 kq) da var. Kişilərdən ibarət komandada Paris olimpiadasında mübarizə aparmış Rafael Makedo (90 kq) və Leandro Qonsalveşi (100 kq) xüsusi qeyd edə bilərik.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















