Bakıda şadlıq evinin qarşısında mübahisə baş verib, polis müdaxilə edib
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Bakının Bakıxanov qəsəbəsində bir qrup şəxs arasında mübahisə baş verib.
“Report” xəbər verir ki, dərhal əraziyə polislər cəlb olunub və onların müdaxiləsindən sonra mübahisənin böyüməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib.
Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bakıda şadlıq evinin fəaliyyəti dayandırılıb
26 Fevral 2025 14:18
Bakıda şadlıq evində ölüm
04 Noyabr 2024 17:35
Bakıda Neolit şadlıq evi yanır
19 Dekabr 2024 09:47
Bakıda şadlıq evində iyrənc görüntülər
06 Mart 2025 23:24
Bakıda məşhur şadlıq sarayı bağlanır
10 Dekabr 2024 16:42

