Məhkəmə əmri üçün rüsum 100 manatdan 25 manata enir
Modern.az saytına istinadən Icma.az xəbər verir.
2027-ci il yanvarın 1-dən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 25 manat dövlət rüsumu tutulması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin 27 noyabrda keçiriləcək plenar iclasında müzakirə olunacaq “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik mətnində əksini tapıb.
Sənədə əsasən, məhkəmə əmri haqqında ərizələr üçün rüsum qanunda ayrıca maddə ilə müəyyən ediləcək.
Pul məbləği ilə qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri üçün rüsum iddianın mübahisələndirilən hissəsi üzrə hesablanacaq. Ödəniləcək məbləğ həmin hissəyə görə qanunun 8.1-ci maddəsində müəyyən edilmiş rüsumun 50 faizi olacaq.
Eyni qayda qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün verilən ərizələrə də şamil ediləcək. Qiymətləndirilməyən iddialar üzrə isə rüsum qanunun 8.6-cı maddəsi ilə tənzimlənəcək.
Sənəddə dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Noyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















