Bakıda saxlanılan saxta hakim bu ölkəyə ekstradisiya olunacaq
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Bakı hava limanında saxlanılan keçmiş hakim Yelena Xaxaleva Rusiyaya ekstradisiya olunacaq".
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" nəşri məlumat yayıb.
"Azərbaycanda saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq. Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb. Qadın pasport nəzarətindən keçən zaman onun axtarışda olduğu məlum olub. Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra o, Rusiyaya təhvil veriləcək”, - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Yelena Xaxaleva 2022-ci ildə xüsusilə külli miqdarda dələduzluqda və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib.
Gülayə Mecid
Baxış sayı:85
Bu xəbər 28 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















