Icma.az
close
up
RU
Bakıda saxta İvanovka məhsulları istehsal edən sex bağlanıb

Bakıda saxta İvanovka məhsulları istehsal edən sex bağlanıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub. Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib. Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb. Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri