Bakıda SeaBandTune festivalı keçiriləcək
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın tatar icması avqustun 22-də Xəzər dənizinin sahilindəki Buzovna qəsəbəsində "SeaBandTune 2026 3.0 Summer Camp" festivalını təşkil edəcək.
XQ xəbər verir ki, festival BMT-nin Ümumdünya Humanitar Yardım Gününə və Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılmasının 107 illiyinə həsr olunub.
Festivalın proqramında peşəkar sənətçilər, respublika və beynəlxalq müsabiqələrin qalibləri, həvəskar yaradıcılıq kollektivləri, həmkarlar ittifaqlarının üzvləri, həmçinin icmanın tərəfdaşları və dostları iştirak edəcəklər.
Gilavar istirahət mərkəzində keçiriləcək festivalın qonaqlarını idman oyunları, ustad dərsləri, sərgilər, konsert proqramı və açıq havada axşam kino nümayişi gözləyir.
Giriş və bütün tədbirlərdə iştirak pulsuzdur.
Baxış sayı:117
Bu xəbər 19 Avqust 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















