Icma.az
close
up
RU
Bakıda səfirliyi olan və olmayan ölkələr ARAŞDIRMA

Bakıda səfirliyi olan və olmayan ölkələr ARAŞDIRMA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan beynəlxalq arenada kifayət qədər balanslı xarici siyasət yürüdür. Məhz bunun nəticəsidir ki, hazırda paytaxtımızda onlarla xarici dövlətin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Lakin elə ölkələr də var ki, onlarla diplomatik əlaqələr birbaşa Bakıdan yox, regional mərkəzlər sayılan Ankara, Moskva və Tehran vasitəsilə qurulur. Yəni həmin dövlətlərin rezident səfirlikləri paytaxtımızda deyil, qonşu ölkələrdə yerləşir və prosesləri uzaqdan idarə edirlər. Eyni zamanda, qarşılıqlı diplomatik təmsilçilik prinsiplərində fərqli və maraqlı idarəetmə modelləri də diqqət çəkir.

Modern.az 146 ölkəni əhatə edən geniş diplomatik reyestri və Bakıdakı səfirliklərin xəritəsini təqdim edir.

Azərbaycanda daimi fəaliyyət göstərən və diplomatik prosesləri birbaşa paytaxtımızdakı səfirlikləri vasitəsilə tənzimləyən ölkələrin siyahısı kifayət qədər genişdir. Asiya və Yaxın Şərq regionundan Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, İndoneziya, İran, İraq, İsrail, Yaponiya, İordaniya, Qazaxıstan, Cənubi Koreya, Küveyt, Qırğızıstan, Malayziya, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan birbaşa Bakıda təmsil olunur.

Avropa qitəsindən isə Albaniya, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Serbiya, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya öz diplomatik missiyasını ölkəmizdən həyata keçirir.

Bundan başqa, Amerika və Afrika qitələrini əhatə edən Əlcəzair, Argentina, Braziliya, Kolumbiya, Kuba, Misir, Liviya, Meksika, Mərakeş, Moldova, Monteneqro, Sudan, ABŞ və Venesuela kimi dövlətlər də diplomatik fəaliyyətlərini Bakıdakı rezident səfirlikləri vasitəsilə tənzimləyirlər.

Rəsmi Bakıda daimi nümayəndəliyi olmayan bir çox dövlətlər isə ölkəmiz üzrə diplomatik səlahiyyətləri regional mərkəzlərdə oturan səfirlərinə həvalə ediblər. Bu baxımdan coğrafi mövqeyinə görə üç əsas qovşaq önə çıxır. Türkiyənin paytaxtı Ankara bu sahədə ən böyük diplomatik qovşaq rolunu oynayır. Belə ki, Avstraliya, Bəhreyn, Banqladeş, Burkina-Faso, Kamboca, Kanada, Çad, Danimarka, Dominikan Respublikası, Ekvador, El Salvador, Efiopiya, Qambiya, Qvatemala, Qvineya, Qvineya-Bisau, Vatikan, İrlandiya, Mavritaniya, Monqolustan, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Oman, Panama, Paraqvay, Peru, Filippin, Ruanda, Seneqal, Sloveniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Tailand, Yəmən və Zambiya səfirləri Ankarada əyləşərək həm də Azərbaycana akkreditə olunublar.

İkinci böyük mərkəz isə Rusiyadır. Moskvadakı səfirlikləri vasitəsilə həm də Azərbaycanla əlaqələri idarə edən ölkələr sırasına Anqola, Benin, Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Ekvator Qvineyası, Eritrea, Qana, Şimali Koreya, Laos, Mali, Mavriki, Myanma, Namıbiya, Nepal, Nikaraqua, Niger, Cənubi Sudan, Uruqvay, Vyetnam və Zimbabve daxildir.

Cənub qonşumuz İranın paytaxtı Tehran da bu regional xəritədə mühüm yer tutur. Kot-d'İvuar, Keniya, Livan, Nigeriya, Syerra-Leone, Şri-Lanka və Uqanda öz diplomatik fəaliyyətlərini məhz Tehrandakı səfirlikləri üzərindən reallaşdırırlar.

Bəzi ölkələr isə coğrafi və strateji səbəblərdən Azərbaycanla əlaqələr üçün daha fərqli qlobal mərkəzlərə üstünlük veriblər. Məsələn, Fici ölkəmizlə əlaqələri Çinin paytaxtı Pekin, Qayana Braziliya, Malavi Qətərin paytaxtı Doha, Maldiv adaları isə Hindistanın paytaxtı Yeni Dehli üzərindən qurur. Esvatini üçün bu mərkəz Belçikanın paytaxtı Brüssel, Sent-Vinsent və Qrenadin adaları üçün isə Böyük Britaniyanın paytaxtı Londondur.

Hər hansı bir regional mərkəzdən asılı olmayaraq, diplomatik fəaliyyətini birbaşa öz ölkəsindən idarə edən və Bakı üzrə kuratorluq edən dövlətlər də mövcuddur. Barbados ölkəmizlə əlaqələri Miramar Playadakı mərkəzi ofisindən, Lüksemburq Lüksemburq şəhərindən, Malta Valettadan, San-Marino San-Marino şəhərindən, Finlandiya isə Helsinki şəhərindən idarə edir. İslandiyanın ölkəmiz üzrə səfirliyinin konkret olaraq hansı şəhərdə yerləşməsi barədə isə rəsmi akkreditasiya məlumatı yoxdur.

Yekun geosiyasi analiz göstərir ki, Azərbaycanın xarici tərəfdaşları arasında Avropa və Asiya qitəsini təmsil edən ölkələr paytaxtımızda birbaşa təmsil olunmağa daha çox maraq göstərirlər. Afrika və Latın Amerikası ölkələri isə həm coğrafi uzaqlıq, həm də maliyyə resurslarına qənaət baxımından Azərbaycanı əsasən Türkiyə və Rusiya paytaxtlarındakı mövcud ofisləri vasitəsilə öz diplomatik xəritələrinə daxil ediblər.

Töhfə Səməd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri