Bakıda şirkət tibbi tullantılara görə külli miqdarda cərimələndi
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda tibbi müəssisələrdən toplanan tullantıların zərərsizləşdirilməsi ilə məşğul olan "Kaspian Logistiks Qrup” MMC barəsində protokol tərtib edib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri (ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və istehsalat, sənaye və məişət tullantıları qaydalarının pozulması) üzrə protokol hazırlanıb və işə məhkəmədə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, şirkət Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və icarəyə götürülən ərazidə tibbi tullantıların zərərsizləşdirilməsi zamanı ciddi pozuntulara yol verib. Baxış zamanı tullantıların insinerator qurğusunda yandırılmadığı, ərazidə üç tərəfi bağlı, üstü və bir tərəfi açıq tikilidə yandırılmış tullantı qalıqlarının və külün olduğu, divarlarda isə yanıq və his izlərinin müşahidə edildiyi müəyyən olunub. Həmçinin tibbi tullantıların əraziyə nizamsız şəkildə səpələndiyi aşkarlanıb.
Nəticədə tullantıların emal və saxlanma qaydalarının pozulduğu, yandırma prosesində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilmədiyi müəyyən edilib.
Məhkəmənin qərarı ilə "Kaspian Logistiks Qrup” MMC İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinib və şirkət rəhbərinə 10 000 manat məbləğində cərimə tətbiq olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 İyun 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















