Icma.az
close
up
RU
Bakıda “STARS KID’S” və “MS&MR NATURALS” turniri keçirib

Bakıda “STARS KID’S” və “MS&MR NATURALS” turniri keçirib

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Noyabırın 23-ü Milli Olimpiya Komitəsinin və Avropa Natural Bodibildinq və Fitnes Assosiasiyasının dəstəyi, Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyi "INBA Qlobal Azərbaycan" və Dünya Bodibildinq və Fizik İdmanları Federasiyasının Azərbaycan nümayəndəliyi "WBPF Azərbaycan" birliyi tərəfindən uşaq fitnesi üzrə "STARS KID'S" və natural bodibildinq və fizik idmanları üzrə "MS&MR NATURALS" turniri keçirilib.

"INBA Qlobal Azərbaycan və "WBPF Azerbaijan" birliyinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə turnirdə 100-dən artıq atlet mübarizə aparıb.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, Almaniya, İran atletləridə iştirak ediblər.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib. Öncə Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyanın Xorioqrafiya şöbəsinin rəqs qrupu, Sumqayıt 1 nömrəli Uşaq - Gənclər İnkişaf mərkəzinin "Göyərçinlər" rəqs qrupu və Zumba rəqs qrupları iştirak ediblər.

Sonra Avrasiya Natural Bodibildinq və Fitnes Assosiasiyanın, "INBA Qlobal Azərbaycan" və "WBPF Azərbaycan" birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və beynəlxalq dərəcəli hakim çıxış edərək yarışın mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib və yarışı açıq elan edib.

"STARS KIDS" turnirində uşaqların mübarizəsində 1-ci yaş qrupunda (5-7 yaş) Aylin Əsgərova 5-ci, Gülnarə Məmmədzadə 4-cü, Nəzrin Səfərli 3-cü, Mələk Hacızadə 2-ci, Ayla Abdullazadə 1-ci yerə layiq görülüb.

2-ci yaş qrupunda ( 8-10 yaş) Sehri Nəsibli 5-ci, İnci Hüseynli 4-cü, Gülay Əsgərzadə 3-cü, Nigar İsmayılova 2 ci, İnci Ömərli 1-ci olub. Həmçinin Sumqayıt 1nömrəli Uşaq- Gənclər Məkrəzinin yetirməsi İnci Ömərli gələn ilin fevral ayında Şimal Kiprdə təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıb.

3-cü yaş qrupunda (11-13 yaş) Leyla Şəfiyeva 5-ci, Mədinə Hacızadə 4-cü, Nuray Kərimova 3-cü, İnci Mehdizadə 2-ci, Şükran İbadzadə 1-ci yerə layıq görülüb.

"Kids Fitness" kateqoriyada Polad Əhmədli birinci, Əmirxan Məhəmmədov 2-ci olub.

"Duo" kateqoriyada İnci Məlikzadə və Mirramiz Zəkizadə qızıl medala layiq görülüblər.

MS&MR NATURALS" turnirində "Formal Wear" kateqoriyada Nihad Qaracayev 1-ci, Bəhlul İsmayılzadə 2-ci, Ramazan Soltanov 3-cü, Xudadar Həmidov 4-cü, Elsəvər Allahverdiyev 5-ci olub.

"Womens Evening Gown" kateqoriyada Rəqsanə Əlizadə 1-ci yerə layiq görülüb.

"Phsically Chelenged" kateqoriyada fiziki imkanları məhdud atlerdən Elsəvər Allahverdiyev 1-ci, Cavid Əliyev 2-ci, Qurban Cəfərov 3-cü olub.

"Mens Physique U17" kateqoriyada Nihad Babayev 1-ci, Turan Məmmədov 2-ci, Nihat Rüstəmli 3-cü, Xəlil Əliyev 4-cü, İbrahim Abasov 5-ci olub.

"Mens Physique U23" kateqoriyada Məhəmməd Nəsibov 1-ci, Musa Mehdizadə 2-ci, Nihad Qaracayev 3-cü, Samir Məmmədov 4-cü və Orxan Nağıyev 5-ci olub.

"Mens Physique" kateqoriyada boyu 170 sm qədər olan atletlərin mübarizəsində Fərid Sadıqov 1-ci, Elmurad Abdullayev 2-ci, Musa Mehdizadə 3-cü, Orxan Nağıyev 4-cü və Həsən İsmayılov 5-ci yerə layıq görülüb.

"Mens Physique" kateqoriyada boyu 175 sm qədər olan atletlərin mübarizəsində Sina Lotfi 1-ci, Məhəmməd Nəsibov 2-ci, Nihad Qaracayev 3-cü, Samir Məmmədov 4-cü və İlkin Quliyev 5-ci olub.

"Mens Physique" kateqoriyada boyu 175 sm-dən yuxarı olan atletlərin mübarizəsində Ehram Həmidov 1-ci, Əmrah Abbasov 2-ci, Elmir Rzalı 3-cü, Rüstəm Mansurov 4-cü və Əzrək Şirəliyev 5-ci yerə layıq görülüb.

"Mens Physique" kateqoriyada yaşı 35-dən yuxarı olan atletlərin mübarizəsində Elmurad Abdullayev 1-ci, Ağasəf Məmmədov 2-ci, Ramazan Soltanov 3-cü olub.

"Mens physique" kateqoriyada mütləq çempion adına İran təmsilçisi Sina Lotfi layiq görülüb.

"Mens Sport Model U23" kateqoriyada Nihad Qaracayev 1-ci, Amin Hüseynov 2-ci, Turan Məmmədov 3-cü, İlkin Quliyev 4-cü, Turqay Albalıyev 5-ci olub.

"Mens Sport Model Open" kateqoriyada Əmrah Abbasov 1-ci, Nihad Qaracayev 2-ci, Ehram Həmidov 3-cü, Aqşin Rəhmanlı 4-cü, Nicat Həsənbəyli 5-ci olub.

"Mens Sport Model" kateqoriyanın mütləq qalibi Naxçıvan təmsilçisi Əmrah Abbasov olub.

"Mens Athletic U23" kateqoriyada Musa Mehdizadə 1-ci, Amin Hüseynov 2-ci, Nicat Məmmədov 3-cü, Əli Rüstəmov 4-cü, Əzrək Şirəliyev 5-ci yerə layıq görülüb.

"Mens Athletic Open" kateqoriyada Xudadar Həmidov 1-ci, Musa Mehdizadə 2-ci, Hossein Yari 3-cü, Amin Hüseynov 4-cü, Əzrək Şirəliyev 5-ci yerə layıq görülüb.

"Mens Athletic" kateqoriyada Siyəzən təmsilçisi Xudadar Həmidov mütləq çempion adına layiq görülüb.

"Classic physique U23" kateqoriyada Musa Orucov 1-ci, Elmir Rzalı 2-ci, Kənan Qurbanov 3-cü, Rüstəm Mansurov 4-cü, Əzrək Şirəliyev 5-ci yerə layıq görülüb.

"Classic physique Open" kateqoriyada Xudadar Həmidov 1-ci, Fərid Sadıqov 2-ci, Qalib Mirzəyev 3-cü, Elmir Rzalı 4-cü, Əzrək Şirəliyev 5-ci yerə layıq görülüb.

"Mens Athletic" kateqoriyasında da Siyəzən təmsilçisi Xudadar Həmidov mütləq çempion adına layiq görülüb.

"Mens Physique" kateqoriyada Musa Orucov 1-ci, Qalib Mirzəyev 2-ci olub.

Fərqlənən atletlərə "lNBA Qlobal Azərbaycan" və "WBPF Azərbaycan" birliyi tərəfindən diplom, medal, kubok və pul mükafatı və sponsorlar tərəfindən hədiyyələr təklif olunub..

Turnirdə ən yaxşı nəticə göstərən atletlər növbəti ilin iyun ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunacaq Dünya çempionatına vəsiqə qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri