Icma.az
close
up
RU
Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub ADSEA sədri

Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub ADSEA sədri

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bakı şəhərində və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf və demoqrafik artım fonunda su və kanalizasiya sistemləri ciddi yüklənmə altındadır.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

O qeyd edib ki, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb və həmin dövrdən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb:

"Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri isə standartlara heç bir şəkildə cavab vermir. Nəzərə alsaq ki, bu xətlərin çoxunun ömrü 40–50 il üçün nəzərdə tutulub, hazırda onların istismar müddəti artıq bitib".

Z. Mikayılov bildirib ki, əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradıb: "Vaxtilə Bakıda mövcud olan yağış sularının axıdılması sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektorlarına çevrilib".

Onun sözlərinə görə, əsas kollektorların maksimal ötürücülük qabiliyyətinin formalaşan su miqdarını qarşılaya bilməməsi həm əhalinin artması, həm də yağış sularının həmin kollektorlara axıdılması ilə əlaqədardır.

ADSEA sədri diqqətə çatdırıb ki, bir çox magistral xətlərin mühafizə zonaları zəbt olunub:

"Aparılan təhlillər göstərib ki, Bakı şəhərində əsas kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz edən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur. Bu hallar bəzi ərazilərdə istismar müddəti bitmiş kanalizasiya sistemlərinin çökməsinə və əhalinin evlərinə ziyan dəyməsinə səbəb olur".

Z. Mikayılov çıxışında içməli suya əlçatanlıq və fasiləsiz su təminatı ilə bağlı göstəricilərə də toxunub.

O bildirib ki, Azərbaycanda içməli suya əlçatanlıq 73,4 %, Avropa İttifaqında isə 95 %-dir:

"Fasiləsiz su təminatı ölkə üzrə 72,5 %, Bakı və Abşeron yarımadasında isə 70 % təşkil edir. Bu fərq son illərdə regionlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə bağlıdır və məhz buna görə də rayonlarda fasiləsiz suya əlçatanlıq daha yüksəkdir".(fed.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Yanvar 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri