Icma.az
close
up
RU
Bakıda sürüşmə təhlükəsi: hansı ərazilər risk altındadır?

Bakıda sürüşmə təhlükəsi: hansı ərazilər risk altındadır?

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Məskunlaşmış ərazilərdə təhlükəli geomorfoloji proseslər bu gün aktual problemlərdən biri kimi qalmaqdadır. Aktiv ekzomorfodinamikanın təzahürləri xüsusilə sıx məskunlaşmış və mühəndis baxımından intensiv istifadə olunan şəhər ərazilərində daha ciddi fəsadlara səbəb olur. Bu problem Bakı şəhərində də özünü qabarıq şəkildə göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında coğrafiya elmləri doktoru, dosent Starə Tarixazər bildirib. Onun sözlərinə görə, şəhərin inkişafı boyunca bitki örtüyü zaman-zaman genişlənib, lakin daha çox hallarda məhv edilib, tikinti işləri zamanı yamaclar kəsilərək relyef ciddi şəkildə dəyişdirilib. İri mühəndis obyektlərinin və çoxmərtəbəli yaşayış binalarının inşası sürüşmə və sürüşmə-uçqun proseslərinin fəallaşmasına səbəb olur.

S.Tarixazər qeyd edib ki, binaların və digər mühəndis qurğularının kütləsi torpaq-süxur qatının sıxlaşmasına gətirib çıxarır. Bu isə səthin çökməsi, deformasiyalar, çatlar və boşluqların yaranması ilə nəticələnir.

“Bakı şəhərinin geoloji-geomorfoloji və təbii-iqlim şəraiti də bu proseslərin inkişafını sürətləndirir. Belə ki, Abşeron yarımadasında gillərin və əhəngdaşlarının geniş yayılması, iqlimin mövsümi dəyişkənliyi, meşə örtüyünün azlığı və xüsusilə Bakı amfiteatrında dik yamacların mövcudluğu sürüşmə riskini artırır. Hazırda paytaxtda sürüşmə baxımından ən riskli ərazilər kimi Əhmədli, Masazır, Zığ, Bayıl, Günəşli və Binəqədi qəsəbələri göstərilir”, - deyə alim bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see322

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see276

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see268

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see259

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see255

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see253

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see253

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see244

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see241

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see218

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see212

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see212

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see210

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see203

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see200

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see199

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab VIDEO

20 Sentyabr 2026 03:28see187

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see186

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see185

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri