Icma.az
close
up
RU
Bakıda taksilər sayı məlum oldu Dİgər şəhərlərlə MÜQAYİSƏ

Bakıda taksilər sayı məlum oldu Dİgər şəhərlərlə MÜQAYİSƏ

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakıda taksi parkının yenilənməsi nəticəsində avtomobillərin orta istismar müddəti əhəmiyyətli dərəcədə azalıb. Əgər islahatlardan əvvəl taksilərin 62 %-i 15 ildən artıq istifadə olunurdusa, bu gün artıq taksi parkının 67 %-i 8 ilədək istismar müddətinə malik nəqliyyat vasitələrindən ibarətdir.

BAKU.WS-in məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında qeyd edilir ki, həyata keçirilən tədbirlər nəticəsində köhnə avtomobillər mərhələli şəkildə daha yeni və ekoloji cəhətdən təmiz modellərlə əvəzlənib.

Hazırda Bakı şəhəri üzrə taksi daşımaları üçün 19 554 buraxılış vəsiqəsi, nəqliyyat vasitələri üçün isə 34 014 buraxılış kartı mövcuddur. Bu avtomobillərin təxminən 55 %-i, yəni 18 mindən çoxu son beş ildə istehsal edilmiş nəqliyyat vasitələridir.

Əgər islahatlardan əvvəl taksi parkında müxtəlif rənglərdə avtomobillər üstünlük təşkil edirdisə, hazırda Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş ağ və qırmızı rəngli taksilər ümumi parkın 79 %-ni təşkil edir.

Bu dəyişikliklər paytaxtın taksi sistemində həm ekoloji, həm də vizual baxımdan müasir standartlara uyğunlaşmanın göstəricisi sayılır.

Qeyd edək ki, Bakı ilə müqayisədə Moskva taksi parkı daha gənc bir flota malikdir - orta yaşı təxminən 3 ildir. Bu, Bakıdakı 8 illik göstəricidən xeyli aşağıdır. İstanbulda isə ümumi nəqliyyat vasitələrinin yaşı 8.5 il civarındadır ki, rəqəmlər paytaxtımıza yaxındır. Astanada servis verən bəzi taksi şirkətlərində maşınların yaşı 7 ildən azdır.

Məlumat üçün bildirək ki, Bakıda taksilərin sayını digər şəhərlərlə müqayisə etsək maraqlı rəqəmlər ortaya çıxır. Belə ki, Türkiyənin İstanbul şəhərində təxminən 18,395–20,311 qeydiyyatdan keçmiş taksi var. Rusiyanın paytaxtı Moskvada taksi parkının sayı 70,000–80,000 avtomobildən ibarətdir. Astanada (Qazaxıstan) isə 12 minə yaxın taksi işləyir. Bu, 1,4 milyon əhalisi olan şəhər üçün hər 116 nəfərə bir taksi deməkdir.

Paytaxtın 2,35 milyon nəfərlik əhalisini nəzərə alsaq, Bakıda hər 69 nəfərə bir taksi düşür. Müqayisə üçün, Moskvada bu göstərici təxminən 120 nəfər, İstanbulda 140 nəfər, Astanada isə 116 nəfər civarındadır. Bu göstəricilər Bakını regionda taksi sıxlığı ən yüksək olan şəhərlərdən birinə çevirir. Bu, bir tərəfdən vətəndaşlara daha rahat nəqliyyat seçimi yaratsa da, digər tərəfdən tıxacların və ekoloji yüklənmənin artmasına səbəb olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri